Əməkdaşlara texniki dəstək göstərmək, hardware, proqram təminatı, şəbəkə və sistemlərlə bağlı problemləri müəyyənləşdirməsi və aradan qaldırılması;
İT dəstək müraciətlərini qəbul etmək, qeydiyyata almaq, prioritetləşdirmək və müəyyən edilmiş prosedurlara uyğun olaraq vaxtında həllinin təmin edilməsi;
Kompüter, noutbuk, printer, skaner, daxili telefonlar və digər İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
Şirkətin siyasət və prosedurlarına uyğun olaraq istifadəçi hesablarının, giriş hüquqlarının, parolların və sistem icazələrinin yaradılmasının və idarə edilməsinin təmin edilməsi;
Şəbəkə bağlantısı, Wi-Fi, VPN, elektron poçt, Microsoft 365 və digər istifadə olunan biznes tətbiqləri ilə bağlı texniki problemlərin həll edilməsi;
İşə qəbul və işdən çıxış proseslərində İT dəstəyini təmin etmək, zəruri avadanlıqları, istifadəçi hesablarını və sistem girişlərinin hazırlanması;
İT avadanlıqlarının vəziyyətinə və mövcudluğuna nəzarət etmək, hardware və software aktivləri üzrə dəqiq uçotun aparılması;
Proqram təminatlarının quraşdırılması, yenilənməsi və İT avadanlıqlarının profilaktik texniki xidmətinin həyata keçirilməsi;
Daha mürəkkəb texniki problemləri müvafiq İT komandalarına və ya xarici xidmət təminatçılarına yönləndirmək və problemin həllinə qədər prosesin izlənilməsi;
Zərurət yarandıqda görüşlər, təlimlər, təqdimatlar və digər şirkət tədbirləri zamanı texniki dəstəyin göstərilməsi;
İT təhlükəsizliyi siyasət və prosedurlarına riayət olunmasını təmin etmək və müəyyən edilmiş təhlükəsizlik və ya giriş problemləri barədə məlumat verilməsi;
İT ilə bağlı sənədləri, istifadəçi təlimatlarını, avadanlıq reyestrlərini və texniki dəstək qeydlərinin hazırlanması və yenilənməsi;
İT dəstək proseslərinin davamlı təkmilləşdirilməsində iştirak etmək və Zaqatala sahəsində səmərəli və istifadəçi yönümlü İT mühitinin formalaşdırılmasına töhfə verilməsi.
Tələblər
İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli sahə üzrə ali təhsil.
İT dəstək, helpdesk və ya oxşar texniki dəstək sahəsində ən azı 1–2 il iş təcrübəsi;
Windows əməliyyat sistemləri, Microsoft Office/Microsoft 365 və geniş istifadə olunan biznes tətbiqləri üzrə yaxşı biliklər;
Kompüter avadanlıqları, şəbəkə, TCP/IP, LAN/WAN, Wi-Fi və texniki problemlərin diaqnostikası üzrə əsas biliklər;
Kompüter, noutbuk, printer və digər periferiya avadanlıqlarının quraşdırılması, sazlanması və texniki problemlərinin aradan qaldırılması üzrə təcrübə;
Active Directory və istifadəçi hesablarının idarə edilməsi üzrə biliklər üstünlükdür;
İT ticketing/helpdesk sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Güclü problem həll etmə və analitik düşünmə bacarığı, texniki problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək qabiliyyəti;
Yaxşı kommunikasiya və interpersonal bacarıqlar, istifadəçilərə yönümlü texniki dəstək göstərmək bacarığı;
Müstəqil işləmək, bir neçə müraciəti prioritetləşdirmək və təzyiq altında effektiv fəaliyyət göstərmək bacarığı;
Azərbaycan dilini sərbəst bilmək; İngilis dilində yaxşı səviyyə; Rus dili üstünlükdür;
Zaqatalada iş yerində çalışmağa hazır olmaq, sürücülük vəsiqəsinin olması üstünlükdür.