Tabaterra MMC

Aparıcı mühasib

  • Tabaterra MMC
  • 74 Üzeyir Hacıbəyli, Bakı, Azerbaijan/ Port Baku Walk
  • Tam ştat

Bu gün

67

Təsvir

  • SAP FI/CO modullarında ay sonu və il sonu bağlanış proseslərinin tam mənimsənilməsi; bütün maliyyə əməliyyatlarının vaxtında düzgün qeydiyyata alınmasını, uzlaşdırılmasını və hesabatların təmin edilməsi;
  • Hesabatların bağlanış son tarixlərinə ciddi riayət etmək, tələb olunan müddətlərdə bütün bağlanış tapşırıqlarının dəqiq tamamlanmasının təmin edilməsi;
  • Maliyyə bağlanışına təsir edən bütün məlumatların vaxtında toplanması və emalı üçün digər şöbələrlə proaktiv şəkildə koordinasiya edilməsi;
  • Qrup hesabat paketləri üçün Maliyyə Nəzarəti və Hesabatlılıq (Financial Control & Reporting) ilə koordinasiyada dəstək verilməsi;
  • Qanunvericiliklə tələb olunan bütün vergi bəyannamələrinin hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək;
  • Yerli vergi qanunvericiliyinə tam uyğunluğun təmin edilməsi;
  • Audit və yoxlamalar zamanı vergi orqanları ilə əlaqə saxlayıb əməkdaşlıq edilməsi;
  • Vergi reyestrlərinin aparılması və SAP-də vergi hesablarının uzlaşdırılmasının həyata keçirilməsi;
  • SAP-də uçot modulları üzərində tam operativ nəzarət (xüsusilə FI, CO, MM);
  • SAP sisteminin yenilənmələrində, lokallaşdırma layihələrində və proseslərin optimallaşdırılmasında iştirak edilməsi;
  • Bütün maliyyə əməliyyatlarının daxili siyasətlərə və audit tələblərinə uyğun şəkildə sənədləşdirilməsinin və nəzarətinin təmin edilməsi.

Tələblər

  • Təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
  • Dil bilgisi:Azərbaycan və rus dillərində sərbəst; ingilis dili üstünlükdür;
  • Proqram təminatı: SAP ERP üzrə güclü praktiki təcrübə (xüsusilə FI/CO; MM biliyi üstünlükdür);
  • Təcrübə: Mühasibatlıq sahəsində 3–5+ il iş təcrübəsi; FMCG sektorunda olması üstünlükdür;
  • Analitik düşüncə.

Vakansiya haqqında

Son tarix

October 30, 2025

Paylaşılıb

oktyabr 7, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi sığorta