Tabaterra MMC

Aparıcı mühasib

  • Tabaterra MMC
  • 74 Üzeyir Hacıbəyli, Bakı, Azerbaijan / Port Baku Walk
  • Tam ştat

04-08-2026

3.1K

Təsvir

  • Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun düzgün, tam və vaxtında aparılmasını təmin edilməsi;
  • Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin edilməsi;
  • Məhsulların maya dəyərinin dəqiq hesablanmasını, istehsal xərclərinin uçot siyasətinə uyğun bölüşdürülməsini və bunun üzərində nəzarətin təmin edilməsi;
  • Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin inventarizasiya prosesində iştirak edilməsi;
  • Daxil olan elektron qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət edilməsi;
  • Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin edilməsi;
  • Vergi bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasında və təqdim edilməsində iştirak etmək.

Tələblər

  • Təhsil: Mühasibat uçotu, Maliyyə və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Təcrübə: İstehsalat sahəsində minimum 3 il mühasibat təcrübəsi;
  • Mühasibat uçotu qaydalarına, vergi qanunlarına və daxili nəzarətə dair əsaslı anlayış;
  • 1C 8.3 mühasibat proqramı üzrə biliklər;
  • Analitik bacarıqlar;
  • Detallara diqqət.

Vakansiya haqqında

Son tarix

September 3, 2026

Paylaşılıb

август 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə