Tabaterra MMC

Aparıcı Mühasib

  • Tabaterra MMC
  • 74 Üzeyir Hacıbəyli, Bakı, Azerbaijan/Port Baku Walk
  • Tam ştat

04-08-2026

185

Təsvir

  • İstehsal müəssisəsinin gündəlik mühasibat əməliyyatlarına rəhbərlik etmək, baş mühasibat kitabının dəqiq, tam və vaxtında (aylıq, rüblük və illik) bağlanmasının təmin edilməsi;
  • Əsas vəsaitlər, ehtiyatlar, kreditor və debitor borcları, əməkhaqqı, bank və kassa əməliyyatları üzrə cavabdeh mühasiblərin işinə nəzarət etmək, onların istiqamətləndirməsi və işlərinin yoxlanılması;
  • Mühasibat uçotunu milli mühasibat uçotu standartlarına və IFRS-ə uyğun aparmaq, Vergi Məcəlləsinin və digər qanunvericiliyin tələblərinə tam riayət olunmasını təmin edilməsi;
  • Tütün məmulatları üzrə aksiz vergisi və aksiz markalarının uçotuna nəzarət etmək: markaların əldə edilməsi, istehsalata verilməsi, istifadəsi, silinməsi, zədələnməsi və marka qalıqlarının istehsal və satış həcmləri ilə üzləşdirilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətlərdə vergi bəyannamələrini (ƏDV, aksiz, mənfəət vergisi, ödəmə mənbəyində vergi, əməkhaqqı vergiləri və sosial ayırmalar) və statistik hesabatların hazırlanması və təqdim edilməsi;
  • İstehsal maya dəyərinin uçotuna nəzarət etmək: tütün xammalı və qeyri-tütün materiallarının sərfi, bitməmiş istehsalat, standart və faktiki maya dəyəri, kənarlaşmalar və hazır məhsulun qiymətləndirilməsi;
  • Tütün xammalı, filtrlər, qablaşdırma materialları və ehtiyat hissələrinin idxalının, o cümlədən gömrük rüsumları, idxal üzrə ƏDV və xarici valyuta əməliyyatlarının düzgün uçotunun təmin edilməsi;
  • Xammal, bitməmiş istehsalat, hazır məhsul, aksiz markaları və əsas vəsaitlərin dövri inventarizasiyasını təşkil edilməsi, aşkar olunan artıqlıq, çatışmazlıq və silinmələrin uçotunun aparılması;
  • Şirkətlərarası, təchizatçı, müştəri, bank və vergi orqanları ilə qalıqların üzləşdirilməsinin aparılması və uyğunsuzluqların vaxtında aradan qaldırılması;
  • Müqavilələri, hesab-fakturaları, elektron qaimə-fakturaları və ödəniş sənədlərini təsdiqdən əvvəl mühasibat, vergi və sənədləşmə baxımından yoxlanılması;
  • Rəhbərlik, qrup şirkəti və digər maraqlı tərəflər üçün aylıq maliyyə hesabatlarını və bağlanış paketlərinin hazırlanması;
  • Kənar auditorlar və vergi yoxlamaları ilə əsas əlaqələndirici şəxs qismində çıxış etmək, tələb olunan sənədləri hazırlanması və audit tövsiyələrinin tətbiq edilməsi;
  • Mühasibat uçotu siyasətinin, hesablar planının, daxili nəzarət prosedurlarının və iş təlimatlarının hazırlanması və yenilənməsi;
  • ERP/mühasibat sisteminin (SAP) tətbiqini, konfiqurasiyasını və düzgün istifadəsini dəstəkləmək, uçot proseslərinin avtomatlaşdırılmasına töhfənin verilməsi;
  • Büdcələşdirmə, proqnozlaşdırma və idarəetmə hesabatlılığı məqsədilə Maliyyə Meneceri / Baş Mühasibə uçot məlumatlarının və izahatların təqdim edilməsi.

Tələblər

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Ən azı 5 il mühasibatlıq təcrübəsi, o cümlədən ən azı 2 il aparıcı, böyük və ya rəhbər vəzifədə; istehsalat (tütün, FMCG, qida və ya içki sektoru) təcrübəsi üstünlükdür;
  • Milli mühasibat uçotu standartları, IFRS və Vergi Məcəlləsi, o cümlədən aksiz vergisi və aksiz markaları ilə bağlı qaydalar üzrə möhkəm biliklər;
  • İstehsalat mühitində maya dəyərinin uçotu, ehtiyatların qiymətləndirilməsi və standart maya dəyəri sistemi üzrə praktiki təcrübə;
  • ERP/mühasibat sistemlərindən (SAP) sərbəst istifadə və Microsoft Excel üzrə yüksək səviyyəli biliklər;
  • Elektron vergi və qaimə platformaları (İnternet Vergi İdarəsi, elektron qaimə sistemləri) ilə iş təcrübəsi;
  • Peşəkar sertifikat (ACCA, CIPA, CPA və ya qismən tamamlanmış proqram) üstünlükdür;
  • Güclü analitik düşüncə, detallara diqqət və hesabat müddətləri çərçivəsində dəqiq işləmək bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək; İngilis dilində yaxşı səviyyə; Rus dili üstünlükdür.

Vakansiya haqqında

Son tarix

September 3, 2026

Paylaşılıb

avqust 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)