TABIA Group LLC
Ana səhifə
/
/
/
Baş aşpaz köməkçisi

Baş aşpaz köməkçisi

Bu gün

19

Təsvir

  • Baş aşpazın gündəlik tapşırıqlarını yerinə yetirmək və onun olmadığı hallarda mətbəxin fəaliyyətini idarə etmək;
  • Yeməklərin reseptlərə, təqdimat və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
  • Mətbəx əməkdaşlarının iş bölgüsünü təşkil etmək, fəaliyyətini əlaqələndirmək və onların peşəkar inkişafına dəstək olmaq;
  • Hazırlanan məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və son istifadə müddətlərinə nəzarət etmək;
  • HACCP, qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarının tətbiqini təmin etmək;
  • Məhsul itkilərinin minimuma endirilməsi və xammaldan səmərəli istifadə olunmasına nəzarət etmək;
  • Gündəlik istehsal planına uyğun hazırlıq (mise en place) işlərinin vaxtında tamamlanmasını təmin etmək;
  • Anbar ehtiyatlarını izləmək, çatışmazlıqlar barədə Baş aşpaza məlumat vermək və sifariş prosesində iştirak etmək;
  • Mətbəx avadanlıqlarından düzgün istifadə olunmasına və onların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Banket, tədbir və xüsusi sifarişlərin hazırlanması prosesində iştirak etmək;
  • Qonaq məmnuniyyətinin təmin olunması məqsədilə yeməklərin keyfiyyətini və təqdimatını daim nəzarətdə saxlamaq;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və şirkətin daxili qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifəyə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Komandada işləmək və məsuliyyətlilik;
  • 3 il iş təcrübəsi


İş yeri:


  • Hilton Garden Inn Baku, Sarabski küçəsi 657

Vakansiya haqqında

Son tarix

August 10, 2026

Paylaşılıb

iyul 10, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

İaşə, Turizm və Otel