TABIA Group LLC

Gecə müdiri

  • TABIA Group LLC
  • Haftoni, Sultan, 1 Heydər Əliyev, Lənkəran 4216, Azərbaycan
  • Tam ştat

Bu gün

17

Təsvir

  • Müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerin olmadığı vaxtlarda (gecə növbəsində) onu əvəz etmək;
  • Standartları bilmək və öz gündəlik fəaliyyətində onları tətbiq etmək və beləcə mehmanxananın hədəflərinə çatmağa çalışmaq. Konkret istiqamətli və məqsədli treninqlər vasitəsilə bu standartlara riayət edilməsinə nail olmaq;
  • Gecə auditorunun işinə yardım etmək və gərəkdiyində icra etmək;
  • Lazım gələrsə mehmanxananın tərk edilməsi ilə əlaqədar olaraq müştərilərin qeydiyyatının silinməsi və dəyişiklətin müvafiq təsdiqlə icrası;
  • Mehmanxana haqqındakı dərin biliklərindən mehmanxana daxili satışların və mehmanxana təsislərinin göstərdiyi xidmətlərin satışlarının artırılması;
  • Mehmanxananın gündəlik fəaliyyətindən xəbərdar olmaq;
  • Təsərrüfat şöbəsi işçiləri, konsyerj, nömrə xidməti işçilərinə və s. müştərilərin xüsusi tələbləri, onların mehmanxanadan səhər tezdən və ya gecə vaxtı ayrılması, otaqların dəyişdirilməsi, taksilər, qəzet tələb edilməsi və digər önəmli hadisələr haqqında məlumat vermək;
  • Müştəri qeydiyyatında (reception) mehmanxananın kredit siyasətinə əməl edilməsi üçün digər əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır;
  • Gündəlik statistik məlumatları hazırlayır (mehmanxana xidmətləri üçün təklif edilən qiymətlərin düzgünlüyünü, fərdi və qrup sifarişlərinə daxil olan müştərilərin iqtisadiyyatın hansı sahəsindən olmasını yoxlayır);
  • Qeydiyyat blanklarını yoxlayır, blanklardakı məlumatları kompüterə dəqiq daxil edilməsinə nəzarət edir;
  • Məsul olduğu nağd vəsaitlərin işlənməsi, yəni gündəlik yoxlamalar, çatışmayan vəsaitlərin bildirilməsi və bəxşişlərin ayrıca hesablanması üçün məsuliyyət daşıyır;
  • Mehmanxana daxilindəki obyektlərin açarlarının işlədilməsi (restoran, anbar və s.);
  • Bir əvvəlki növbədən bütün əlaqədar məlumatları, o cümlədən görülən işin həcmi, xüsusi statuslu qonaqlar, yerinə yetirilməli olan işlər və tədbirlər barədə məlumatlar almaq və eyni məlumatları bir sonrakı növbəyə ötürmək;
  • Mövcud standartlar və rəhbərliyin təlimatları çərçivəsində müştərilərə hər zaman səmərəli və dostcasına xidmət göstərmək;
  • Mehmanxananın xidmətlərindən tez-tez istifadə edən və ya önəmli müştərilərlə əlaqələri davam etdirmək;
  • Gecə vaxtı yaranmış problemlər və müştərilərin şikayətləri barədə partnyorlara və mehmanxana işçilərinə müraciət etmək;
  • Müştərilərin şikayətinə baxmaq və şikayətlərinə səbəb olan problemlərin dərhal həll edilməsinə çalışmaq;
  • Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında öz iş yoldaşlarına və müştərilərə düzgün informasiya verə bilmək;
  • Bütün sistemlərin səmərəli istifadəsi və işlək vəziyyətdə saxlanması;
  • Müştəri qeydiyyatı (reception) və mühasibat üçün istifadə edilən proqram təminatını hər gün axşam bağlayır və surətini saxlayır;
  • Gecə növbəsində mehmanxanada sakitliyin, asayişin, təhlükəsizliyin bərqərar edilməsi və davam etdirilməsi üçün məsuliyyət daşıyır;
  • Gecə boyu müntəzəm olaraq mehmanxananın bütün hissələrini, digər işçiləri, digər şirkətlərin nümayəndələrini (mövcudluqların və işlərinin keyfiyyətini) yoxlayır;
  • Mehmanxanada tətbiq edilən təhlükəsizlik tədbirləri ilə əlaqədar hamı ilə birlikdə məsuliyyət daşıyır və təhlükəsizlik texnikası üzrə təlimatlara, xüsusilə dəzgah və avadanlıqları işlədərkən ciddi şəkildə riayət edir;
  • Digər şöbələrlə, Müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerlə, Əməliyyat şöbəsinin direktoru ilə  əməkdaşlıq edir onlarla məlumat mübadiləsi aparır; 
  • Standartlara əməl edilməsi, bununla əlaqədar nəzarəti təmin etmək üçün treninqlərin təşkil edilməsi üçün əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır;
  • Müştərilərin qəbulu və yerləşdirilməsi xidməti təlimatlarının yeni tələblərə görə dəyişdirilməsi üçün əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır;
  • Qeyd jurnalına gecə vaxtı baş verən önəmli hadisələr barəsində məlumatlar daxil etmək və bu jurnalı müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerə təqdim etmək;
  • Gecə xidməti zamanı mehmanxananın bütün şöbələrinin işçilərinin xəstəlik raportlarını qəbul etmək, əlaqədar şöbələrə ötürmək və xəstələnən işçiləri digər işçilərlə əvəz etmək; 
  • Mövcud standartlar çərçivəsində bütün müştərilərə ən yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə Müştərilərin qəbulu və yerləşdirilməsi şöbəsinin gecə işçilərinə kömək etmək, onlara nəzarət etmək, onları öyrətmək;
  • Gecə vaxtı işlərin ardıcıl surətdə davam etməsi (günlük hesabların bağlanması və s.) üçün məsuliyyət daşıyır;
  • Treninqlərdə müntəzəm olaraq iştirak etmək və treninqlərdə əldə etdiyi bilikləri gündəlik işinə tətbiq etmək;  

Tələblər

Təhsil: Ali təhsil (Truzim və hotelçili və ya oxşar sahələr).

 

İş təcrübəsi: Hotelçilik üzrə ən azı 5 il və müvafiq sahəs üzrə 1 il iş təcrübəsi.

 

Bilik və Bacarıqlar:

  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Məsuliyyətli, aktiv, işində dəqiqlik və komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;

 

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

 

Dil bilikləri:                          

Azərbaycan dili – sərbəst;

İngilis və rus dili biliyi – yaxşı səviyyədə;


İş yeri:


Faktiki ünvan: Lənkəran şəhəri, "Lankaran Springs Welness Resort" Hotel.

Vakansiya haqqında

Son tarix

May 27, 2026

Paylaşılıb

may 4, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

İaşə, Turizm və Otel