Təyin edilmiş standartlara uyğun işi icra etmək və təmizlik üçün istifadə olunan avadanlıqların hər zaman yaxşı vəziyyətdə saxlamaq.
Dəhliz, lift, bütün ofislər, iş otaqları, əməkdaşların dəyişmə otağı, mağazalar, arxa qapı, əyləncə mərkəzi, tibb bölümünün ərazisini və s. daxil olmaqla bütün ictimai və işçi heyətinin ərazisini silmək, tozları almaq, parafinləmək, süpürmək, tozsoranlamaq.
İctimai yerləri, istirahət otaqlarını və işçilərin uniforma dəyişmə otağına, kondisionerlərin vintlərinə, divarlara, lampalara, liftlərə, xalçalara, döşəmə və mərmərə nəzarət etmək, onları düzgün qaydada təmizləmək, dezinfeksiya etmək.
İctimai ərazilərdəki istirahət otaqlarında istifadə olunan əşyaları yeniləmək, ictimai yerlərdə qonaqları istirahət üçün lazım olan avadanlıqlarla təchiz etmək və daima qonaqlara qarşı nəzakətlə kömək etmək.
Qonaqlar üçün nəzərdə tutulmuş liftin təmiz, güzgülərin ləkəsiz və kül qabılarının boş saxlanmasına nəzarət etmək.
Mebellərin tərtibatını lazım olduqda dəyişmək.
Proseduralara əsasən zibil qablarını və külqabılarını boşaltmaq.
Qonaqlardan hər hansı biri lazımi qaydada davranmadıqda bu barədə Qrup rəhbərinə məlumat vermək.
Hər dəfə istifadə etdikdən sonra təmizlik avadanlıqlarını təmizləmək və təyin edilmiş yerdə saxlamaq.
Hər hansı bir çatışmazlıq olduqda bu barədə müvafiq Qrup rəhbərinə dərhal məlumat vermək.
İctimai yerlərin anbarlarını təmiz, səliqəli saxlamaq və hər zaman lazımi qaydada təchiz etmək.
İşçilərin Məlumat kitabında öz əksini tapmış və Otelin Yanğın, Təmizlik, Sağlamlıq və Təhlükəsizlik haqqında qaydalarına ciddi riayət etmək.
Baş verə biləcək və mövcud təhlükələr barədə məlumatın verilməsini və dərhal qaydaya salınmasını təmin etmək.
Otelin İşçilər haqqında qaydalarına riayət etmək.
Tələblər
Fiziki dözümlülük və çeviklik
Komanda ilə işləmə bacarığı
Məsuliyyətli və diqqətli olmaq
Bu vəzifə üçün yalnız bəy namizədlər nəzərdə tutulur