TABIA Group LLC
Ana səhifə
/
/
/
Keyfiyyətə Nəzarət üzrə Menecer Assistenti/Tibb

Keyfiyyətə Nəzarət üzrə Menecer Assistenti/Tibb

Bu gün

8

Təsvir

  • Qrup daxili sağlamlıq müəssisəsinin və ya sağlamlıq proqramının əməliyyatlarını və fəaliyyətinin keyfiyyət siyasətini və prosedurlarını hazırlanması işini  təşkil etmək.
  • Tibbi komandaların proseslərinin keyfiyyətə nəzarət sisteminə nəzarət etmək və idarə etmək.
  • Audit planlarını tərtib etmək və nəticələr barədə departament direktoruna hesabat vermək.
  • Keyfiyyət sistemlərinin (ISO, yerli standartlar) tətbiqinə və saxlanmasına nəzarət etmək.
  • Keyfiyyətə nəzarətin illik fəaliyyət planını və KPI-larını müəyyənləşdirmək.
  • Sağlamlıq və tibbi otellərdə tibbi xidmət prosesləri üzrə auditlər aparmaq.
  • Uyğunsuzluqları müəyyənləşdirmək, hesabat tərtib etmək və düzəldici tədbirlər planını izləmək.
  • Keyfiyyətə nəzarət prosesləri üzrə qrupdaxili mövcud otellərin məsuliyyətinin daşımaq.
  • Grupdaxili müəssisələrdə müvafiq əməkdaşlara keyfiyyət üzrə təlimləri təşkil etmək.
  • Tibbi prosedurların, müalicə protokollarının və pasiyent təhlükəsizliyi proseslərinin icrasına nəzarət etmək.
  • Sağlamlıq və tibb müəssisələrində klinik səhvlər və hadisələr üzrə təhlillər aparmaq.
  • Tibbi personalın keyfiyyətlə bağlı maarifləndirilməsində iştirak etmək.
  • Qonaq rəy və anketlərini təhlil etmək, xidmət keyfiyyətini ölçmək.
  • Şikayətlərin idarə olunmasını və cavablandırılmasını əlaqələndirmək.
  • Tibbi və ümumi rəhbərlər ilə birlikdə xidmətin təkmilləşdirilməsi üzrə planlar hazırlamaq.
  • Keyfiyyət göstəricilərinin aylıq və rüblük hesabatlarını hazırlamaq.
  • Audit nəticələri, şikayətlər, hadisə hesabatları və infeksiya göstəricilərinin arxivləşdirilməsinə nəzarət etmək.
  • Elektron sənədləşmə sisteminin idarə olunmasında iştirak etmək.
  • Təyin olunmuş tibbi əməliyyatların tənzimləyən vacib və müvafiq qanunlar, qaydalar, siyasət və prosedurlardan xəbərdar olmaq.
  • Yeni xidmətlərin tətbiqinin, mövcud xidmətlərin inkişafı üzrə həyata keçirilən dəyişikliklərin xidmət keyfiyyətinə təsiri barədə təhlillər aparmaq.



Tələblər

Təhsil:

  • Ali ( Tibb,İctimai səhiyyə, Biologiya)
  • İSO 9001
  • İSO 7101
  • İSO 15189
  • İSO 13485


İş təcrübəsi:

  • Tibb sahəsində idarəetmədə minimum 5 il


Bilik və Bacarıqlar:


  • Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində).
  • Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır
  • Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır
  • Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır.
  • Tibbi müəssisələr üçün normativ hüquqi sənədlər:

Səhiyyə Nazirliyinin tələbləri.

Klinik protokollar və keyfiyyət standartları.

Tibbi cihazların qeydiyatı və sertifikatlaşdırılması qaydaları.


  • Klinik proseslərin keyfiyyət standartlarına uyğun idarəedilmə qaydaları
  • Laboratoriya proseslərinin keyfiyyətinə nəzarət.
  • Risk menecmenti(xəstə təhlükəsizliyi, infeksion nəzarət, dərman təhlükəsizliyi).
  • Daxili audit ,Kök səbəb analizi (RCA, CAPA)bilikləri.


Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.
  • Elektron tibbi informasiya sistemləri ilə işləmək bacarığı üstünlükdür.
  • Keyfiyyət idarəetmə sistemləri(QMS) barədə biliklər.


Dil bilikləri:                          

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;


Digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Korporativ nömrə və danışıq paketi.
  • Tibbi sığorta.

 

İş yeri:

  • Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ "TABIA GROUP" MMC






Vakansiya haqqında

Son tarix

October 18, 2026

Paylaşılıb

sentyabr 18, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

İaşə, Turizm və Otel