Müəssisənin daxili rejim qaydalarına uyğun olaraq giriş-çıxış rejiminə, o cümlədən nəzarət olunması həvalə olunmuş maddi qiymətlilərin müəssisəyə gətirilməsi və ya çıxarılmasına sənəd üzərindən nəzarət etmək;
Kənar şəxslərin müəssisəyə giriş-çıxışlarını qeydiyyata almaq və nəzarət etmək;
Müəssisənin əmlakının qorunmasını təmin etmək və hər hansı şübhəli hal barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
Müəyyən edilmiş marşrut üzrə patrul xidməti həyata keçirmək və təhlükəsizlik risklərini müəyyən etmək;
CCTV (videomüşahidə) sistemləri vasitəsilə müşahidələr aparmaq və aşkar edilmiş hadisələri qeydiyyata almaq;
Yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və fövqəladə hallarda müəyyən edilmiş prosedurlara uyğun hərəkət etmək;