TABIA Group LLC
Ana səhifə
/
/
/
Qida və İçki üzrə Menecer

Qida və İçki üzrə Menecer

  • TABIA Group LLC
  • Excelsior Hotel, 2 Heydər Əliyev prospekti, Bakı 1154, Azərbaycan
  • Tam ştat

Bu gün

28

Təsvir

  • İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə hotelin tədbirlər planının icra edilməsini təmin etmək.
  • Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək.
  • Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək.
  • İaşə şöbəsinin əməliyyatlarının fasiləsiz və problemsiz fəaliyyət göstərməsini təmin etmək.
  • Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək. 
  • Digər şöbələrdə müvafiq sayıldıqda, işçilərin daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək.
  • İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək.
  • İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək.
  • Hər bir ticarət obyektinin (məs. iaşə obyekti, bar, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etmək.
  • Hər bir təsərrüfat bölməsinin (məs. Texniki Təmizlik Xidməti) mümkün qədər minimal xərclər çərçivəsində işləməsini təmin etmək.
  • İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək.
  • Müvafiq sayıldıqda, müvafiq şöbə müdirlərini işə cəlb etməklə, aylıq proqnozların hazırlanmasında iştirak etmək.
  • Müvafiq sayıldıqda, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək.
  • Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı hotelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək.
  • İnventarların idarə edilməsi və hotelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək. 


Tələblər

Tələblər:

 

  • Müvafiq sahə üzrə ali təhsil.
  • Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi (rəhbər vəzifədə).
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Əla təşkilatçılıq və inzibati bacarıqlar;
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili,Rus dili və İngilis dili – sərbəst.

 

 

İş vaxtının norması:


  • 5 günlük iş həftəsi (Növbəli qrafik)
  • İstirahət günü: 2 (iki) gün.

 

Digər üstünlüklər:


  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Tibbi sığorta;

 

İş yeri:

  • Fəaliyyət ünvanı: Bakı şəhəri, Excelsior Hotel Baku,Curio Collection by Hilton/ The Central Point Hotel Baku



Vakansiya haqqında

Son tarix

April 11, 2026

Paylaşılıb

mart 12, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

İaşə, Turizm və Otel