Restoranın daxili məkanının təmiz, səliqəli saxlanmasına nəzarət etməli.
Restoranın günlük açılış və bağlanış qaydalarına riayət etməli.
İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında tam biliyə sahib olmaq.
Bütün sifarişləri kassa əməaliyyat sistemi vasitəsi ilə icra etmək.
“Excelsior Hotel” MMC-nin bütün ödəniş proseduralarının icra olunmasını təmin etmək və yoxlamaq.
Mehmanxananın təmizlik və geyim standartlarına əməl etmək.
Restoranın təyin olunmuş bütün təmizlik işlərinə nəzarət etmək.
Qonaqların mehmanxana, daxili istehsal imkanları və qurğular, mehmanxananın yerləşdiyi əraziyə aid suallarına cavab verə bilmək üçün bu sahələrə aid məlumatları təlimlərdə iştirak etmək və məlumatlı olmaq.
Tələb edilərsə şirkətin və toplantılarında iştirak edir.
Qonaqlarla ünsiyyətdə olur, ictimai fəaliyyətlərdə iştirak edir.
Tabeçiliyində olan heyətə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək.
Xidmət müddətində işin gedişatının səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək.
İaşə şöbəsinin müəyyən edilmiş Xidmət standartları və SƏP-na müvafiq olaraq effektiv şəkildə icra edilməsinə nəzarət etmək.
“Excelsior Hotel” MMC-nin Qonaq məmnunluğu və şikayətlərə baxılma proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərini qəbul etmək və şöbə rəhbərinə məlumat vermək.
Restoranların işi, o cümlədən Standart iş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair şöbə rəhbərinə təklif vermək.
Mütəmadi olaraq işçilərin fəaliyyətinin qiymətləndirməsi və təlimləndirilməsini aparmaq.
Tələblər
Ali təhsil (xidmət sahəsində təhsil üstünlükdür)
Qida və içki üzrə təcrübə (2 il və daha çox)
Yüksək təşkilatçılıq və idarəetmə bacarıqları.
Çətin və təcili vəziyyətlərdə soyuqqanlılıq və qərar vermə bacarığı.
Yüksək müştəri xidməti bacarıqları və problemlərin həll edilməsi.
Təhlükəsizlik və sanitariya qaydalarına ciddi riayət etmə bacarığı.
Komanda ilə işləmə bacarığı və rəhbərlik etmə qabiliyyəti.
Hesabat hazırlama və analitik düşünmə bacarıqları.
MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
Azərbaycan dili – sərbəst; İngilis dili – yaxşı səviyyədə; Rus dili - yaxşı səviyyədə
İş yeri:
Bakı şəhəri, H.Əliyev prospekti 2, Excelsior Hotel & Spa Curio Collection by Hilton