TABIA Group LLC
Ana səhifə
/
/
/
Sağlamlıq və Səhiyyə xidmətləri üzrə mütəxəssis

Sağlamlıq və Səhiyyə xidmətləri üzrə mütəxəssis

Dünən

56

Təsvir

  • Sağlamlıq və Səhiyyə xidmətləri şöbəsinin ümumi işinin təşkilinə dəstək vermək.
  • Sanator-kurort otellərində tibbi və sağlamlıq xidmətlərinin koordinasiyasına dəstək vermək.
  • Tibbi xidmət proseslərinin nəzarəti və standartlaşdırılması işinə dəstək vermək.
  • Tibbi məlumatların, hesabatların və statistikanın idarə edilməsinə dəstək vermək.
  • Otellərdən daxil olan tibbi məlumatların (pasiyent axını, müalicə nəticələri, prosedur statistikası) toplanması və sistemləşdirilməsi müvafiq şöbənin struktur bölməsinə ötürülməsinə dəstək vermək.
  • Aylıq və rüblük tibbi hesabatların hazırlanması və menecerə təqdim edilməsi.
  • Qonaqların sağlamlıq proqramları üzrə nəticələrin analizinin menecerə təqdim edilməsi.
  • Həkim, fizioterapevt, spa terapevtləri və tibb bacılarından daxil olan sual və tələblərin mərkəzi ofisə yönləndirilməsi.
  • Otellərdə tibbi resurs ehtiyaclarının (avadanlıq, material, dərman) müəyyən edilməsi və menecerə təqdim edilməsi.
  • Tibbi heyət üçün təlim proqramlarının hazırlanmasında və təşkilində menecerə kömək etmək.
  • Qonaqlar üçün sağlamlıq və profilaktika mövzusunda məlumatlandırıcı broşürlər və materiallar hazırlamaqda iştirak.
  • Tibbi xidmətlə əlaqəli risk faktorlarını izləmək və analiz etmək.
  • Yanlış prosedurlar, təhlükəsizlik pozuntuları və uyğunsuzluqlar barədə menecerə məlumat vermək.
  • Tibbi təhlükəsizlik və sanitariya qaydalarına uyğunluğa dəstək.
  • Yeni müalicə proqramlarının, wellness paketlərinin və kurort xidmətlərinin hazırlanmasında analitik və təşkilati dəstək.
  • Məhsul inkişafı, tibbi xidmətlərin modernizasiyası və rəqəmsallaşdırma layihələrində iştirak.


Tələblər

Təhsil:

  • Ali tibb təhsili

İş təcrübəsi:

  • Tibb sahəsində iş təcrübəsi minimum 3 il


Bilik və Bacarıqlar:

  • Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində).
  • Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır.
  • Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır.
  • Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır.


Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Elektron tibbi idarəetmə sistemlərində işləmə bacarığı.


Dil bilikləri:                          

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;


Digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Korporativ nömrə və danışıq paketi.
  • Tibbi sığorta.

 

İş yeri:

  • Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ "TABIA GROUP" MMC



Vakansiya haqqında

Son tarix

October 18, 2026

Paylaşılıb

September 18, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

İaşə, Turizm və Otel