Təhsil: İqtisadiyyat, menecment, logistika, biznesin idarə edilməsi və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
Təchizat, satınalma və ya logistika sahəsində əlavə təlim və sertifikatlar üstünlük hesab olunur.
İş təcrübəsi: Təchizat, satınalma, logistika və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi; (Müvafiq sahə üzrə bilik və bacarıqlara malik yeni məzun namizədlərə üstünlük verilə bilər)
Bilik və Bacarıqlar:
- Təchizat və satınalma prosesləri üzrə ilkin biliklər;
- Qiymət təkliflərinin toplanması və müqayisə edilməsi üzrə bacarıq;
- Sənədlərlə işləmək və məlumatların düzgün sistemləşdirilməsi bacarığı;
- Analitik düşünmə və detallara diqqət;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Təchizatçılar və digər şöbələrlə işgüzar münasibət qurmaq bacarığı;
- Vaxtın effektiv idarə olunması və təşkilatçılıq bacarığı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı;
- Problemlərin müəyyən edilməsi və onların həlli üçün rəhbərə vaxtında məlumat vermək bacarığı.
Kompüter bilikləri:
- MS Office proqramlarından, xüsusilə Microsoft Excel, Word və Outlook proqramlarından istifadə qabiliyyəti – yaxşı səviyyədə;
- Satınalma proqramları və ERP sistemləri ilə işləmək üzrə ilkin və ya yaxşı səviyyədə təcrübə;
- Elektron sənəd dövriyyəsi və məlumat bazaları ilə işləmək bacarığı.
Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis dili – ən azı orta səviyyədə; Rus dili – üstünlük hesab olunur.