Restoran və iaşə obyektləri üçün nəzərdə tutulmuş proqram təminatımızın satışını həyata keçirəcək aktiv və nəticəyönümlü B2B Satış Mütəxəssisi axtarırıq.
Bu vəzifə yalnız daxil olan müraciətləri cavablandırmaqdan ibarət deyil. Namizədin əsas məqsədi yeni restoranlar tapmaq, potensial müştərilərlə özü əlaqə yaratmaq, görüşlər keçirmək və satışları nəticəyə çatdırmaqdır.
Biz yalnız sabit maaş qarşılığında işləyəcək əməkdaş deyil, satış nəticəsinə birbaşa təsir edən və qazancını satış nəticələri ilə artıra bilən komanda üzvü axtarırıq.
Əsas performans göstəricilərinə yeni əlaqələr, keçirilmiş görüşlər/demolar və ən əsası yeni ödənişli restoran müştərilərinin sayı daxildir.
ÜSTÜNLÜKLƏR
Son tarix
September 21, 2026
Paylaşılıb
avqust 22, 2026
Vakansiya növü
Tam ştat