TERMIT TECHNOLOGY
Ana səhifə
/
/
/
Restoranlar üzrə B2B Satış Mütəxəssisi

Restoranlar üzrə B2B Satış Mütəxəssisi

Dünən

16

Təsvir

Restoran və iaşə obyektləri üçün nəzərdə tutulmuş proqram təminatımızın satışını həyata keçirəcək aktiv və nəticəyönümlü B2B Satış Mütəxəssisi axtarırıq.

Bu vəzifə yalnız daxil olan müraciətləri cavablandırmaqdan ibarət deyil. Namizədin əsas məqsədi yeni restoranlar tapmaq, potensial müştərilərlə özü əlaqə yaratmaq, görüşlər keçirmək və satışları nəticəyə çatdırmaqdır.


  • Restoran, kafe, fast-food və digər iaşə obyektlərini araşdıraraq potensial müştəriləri müəyyən etmək;
  • Potensial müştərilərlə telefon, WhatsApp və digər kanallar vasitəsilə aktiv əlaqə yaratmaq;
  • Restoranlara birbaşa səfərlər etmək və rəhbər/menecerlərlə görüşlər keçirmək;
  • Proqram təminatını potensial müştərilərə təqdim və demo etmək;
  • Müştərinin ehtiyaclarını öyrənərək sistemin ona verəcəyi faydaları izah etmək;
  • Potensial müştərilərlə davamlı follow-up aparmaq;
  • Qiymət və əməkdaşlıq şərtlərini təqdim etmək;
  • Etiraz və sualları cavablandıraraq satışı bağlamağa çalışmaq;
  • Yeni restoranların sistemə qoşulmasını təmin etmək;
  • Satış pipeline-ını və görülmüş işləri mütəmadi qeyd etmək;
  • Aylıq satış hədəflərinə çatmaq.


Biz yalnız sabit maaş qarşılığında işləyəcək əməkdaş deyil, satış nəticəsinə birbaşa təsir edən və qazancını satış nəticələri ilə artıra bilən komanda üzvü axtarırıq.


Əsas performans göstəricilərinə yeni əlaqələr, keçirilmiş görüşlər/demolar və ən əsası yeni ödənişli restoran müştərilərinin sayı daxildir.

Tələblər

  • B2B satış sahəsinə maraq və aktiv satış bacarığı;
  • İnsanlarla rahat ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Telefonla cold call etməkdən çəkinməmək;
  • Restoranlara şəxsən yaxınlaşıb məhsulu təqdim edə bilmək;
  • Satışın yalnız sabit əməkhaqqı deyil, nəticə və qazanc üzərindən qurulduğunu qəbul etmək;
  • Satış hədəfləri və KPI-larla işləməyə hazır olmaq;
  • Müstəqil şəkildə potensial müştəri tapa bilmək;
  • Təqdimat və inandırma bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı.


ÜSTÜNLÜKLƏR


  • Restoran, HoReCa, POS, ERP və ya proqram təminatı satışı üzrə təcrübə;
  • B2B satış təcrübəsi;
  • Restoran sahibləri və ya menecerləri ilə mövcud əlaqələrin olması;
  • SaaS və texnoloji məhsulların satışı üzrə təcrübə;
  • Şəxsi avtomobilin olması.

Vakansiya haqqında

Son tarix

September 21, 2026

Paylaşılıb

avqust 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri