Mars Overseas Baku LTD MMC
Ana səhifə
/
/
/
Büdcə və Hesabatlıq üzrə Aparıcı Mütəxəssis

Büdcə və Hesabatlıq üzrə Aparıcı Mütəxəssis

Bu gün

25

Təsvir

Aylıq, rüblük və illik maliyyə və büdcə hesabatlarının hazırlanmasında iştirak etmək;

Büdcə icrasına dair faktiki göstəriciləri plan göstəriciləri ilə müqayisə etmək və aşkar olunmuş kənarlaşmaları təhlil etmək;

Mühasibat uçotu məlumatları əsasında analitik hesabatlar tərtib etmək;

İllik büdcə layihəsinin hazırlanmasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə təkliflərini toplamaq və təhlil etmək;

Daxili və xarici audit prosesləri zamanı zəruri məlumatları təqdim etmək və yoxlamalar nəticəsində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak etmək;

Beynəlxalq maliyyə hesabatı standartları (IFRS) üzrə praktik biliklərə malik olmaq;

Tələblər

Təhsil - Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi)

İş təcrübəsi - Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 2 il iş təcrübəsi

Dil bilikləri - Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı

Kompüter bacarıqları - Microsoft Office proqramlarından peşəkar səviyyədə istifadə və mühasibat proqramlarında iş təcrübəsi.

Mühasibat uçotu və maliyyə sahəsi üzrə beynəlxalq peşəkar sertifikatlara (ACCA, CPA, CIMA) malik olmaq üstünlükdür


Səriştələr:

Məsuliyyətli, diqqətli və vaxtı səmərəli idarəetmə bacarığı;

Analitik düşüncə və təhlil bacarığı, hesabatların hazırlanması bacarığı;

Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı.


Nə təklif edirik:

Könüllü tibbi sığorta

Korporativ mobil nömrə

Peşəkar inkişaf və təlim imkanları

Vakansiya haqqında

Son tarix

September 12, 2026

Paylaşılıb

avqust 13, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə