Mars Overseas Baku LTD MMC

Dispetçer

27-01-2026

453

Təsvir

1.     Daşınma prosesinin fasiləsiz və səmərəli həyata keçirilməsi məqsədilə sürücü, nəqliyyat vasitəsi və marşrutların düzgün planlaşdırılmasını və koordinasiyasını təmin etmək.

2.     Gündəlik marşrutların icrasına real vaxt rejimində nəzarət etmək, gecikmə, texniki nasazlıq və digər operativ problemlərə vaxtında müdaxilə etmək.

3.     Sürücü rutlarının gündəlik qeydiyyatını aparmaq, toplanmış məlumatlar əsasında ayın sonunda ümumi hesabatın (raporun) hazırlanmasını və rəhbərliyə təqdim olunmasını təmin etmək.

4.     Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında, diqqətli və dəqiqliklə yerinə yetirmək.

5.     Anbar, satış və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləyərək daşınma prosesində yaranan dəyişikliklərin operativ idarə olunmasını təmin etmək.

6.     Şirkət tərəfindən müəyyən edilmiş xarici görkəm, davranış standartlarına, daxili nizam-intizam qaydalarına ,əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etmək.

7.     Yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət olunmasına nəzarət etmək, aşkar olunan pozuntular barədə rəhbərliyi məlumatlandırmaq.

8.     Daşınma prosesinin effektivliyini artırmaq məqsədilə marşrutlar və iş axını üzrə təkmilləşdirmə təklifləri hazırlamaq və təqdim etmək.

9.     Şirkət rəhbərliyi və şöbə rəhbəri tərəfindən təşkil edilən iclas və toplantılarda iştirak etmək.

  1. Təhkim edilmiş inventarların (kompüter, printer, terminal və digər texniki avadanlıqların) qorunması, təhlükəsiz saxlanması və düzgün istismarını təmin etmək.

Tələblər

Dispeçerlik, nəqliyyat və ya logistika sahəsində minimum 1 il iş təcrübəsi

 

Sürücü, nəqliyyat vasitəsi və marşrutların planlaşdırılması üzrə praktik biliklərə malik olmaq

 

MS Excel proqramında işləmək bacarığı (cədvəllər, filtrasiya, əsas formullar, hesabatların hazırlanması)

 

GPS izləmə, TMS / ERP sistemlərində işləmək təcrübəsi üstünlükdür

 

Yüksək məsuliyyət, stressə davamlılıq və operativ qərarvermə bacarığı

 

Növbəli iş qrafiki ilə işləmək imkanına malik olmaq


Əlavə məlumatlar:


-Nahar təmin olunur

-Korporativ nömrə təqdim edilir

-Könüllü tibbi sığorta

Vakansiya haqqında

Son tarix

February 27, 2026

Paylaşılıb

January 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat