Mars Overseas Baku LTD MMC
Ana səhifə
/
/
/
Logistika Əməliyyatları üzrə Data Analitik

Logistika Əməliyyatları üzrə Data Analitik

25-02-2026

121

Təsvir

  • Nəqliyyat və anbar əməliyyatları üzrə məlumatların toplanması, təhlili və analitik hesabatların hazırlanması
  • Logistika əməliyyatlarının effektivliyini ölçmək üçün əsas performans göstəricilərinin (KPI-ların) hazırlanması və monitorinqi
  • Nəqliyyat vasitələri üzrə təmir və texniki xidmət məlumatlarının analizi və müvafiq hesabatların hazırlanması
  • Rəhbərlik üçün məlumatların vizuallaşdırılması və presentation formatında analitik hesabatların hazırlanması
  • Logistik xərclərin təhlili, xərclərin optimallaşdırılması üçün analitik yanaşmaların hazırlanması
  • Əməliyyat xərclərinin analizi və proseslərin effektivliyinin qiymətləndirilməsi
  • Stok səviyyələrinin və inventar dövriyyəsinin analizi, inventar idarəetməsi üzrə hesabatların hazırlanması
  • Dövriyyə və əməliyyat göstəricilərinin təhlili əsasında qərarverməni dəstəkləyən analitik hesabatların hazırlanması
  • Logistika əməliyyatlarında istifadə olunan məlumatların avtomatlaşdırılması və analitik proseslərin optimallaşdırılması üzrə təşəbbüslərin həyata keçirilməsi

Tələblər

  • Təhsil: Ali təhsil (Data analitikası, statistika, riyaziyyat, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil)
  • İş təcrübəsi:  Data analitikası sahəsində minimum 3 il iş təcrübəsi
  • Kompyuter Bacarıqları: Microsoft Excel proqramını yüksək səviyyədə bilmə (Pivot Table, VLOOKUP/XLOOKUP, IF, SUMIFS, data validation, dashboard hazırlanması və s.)
  • Analitik düşünmə və böyük həcmli məlumatlarla işləmə bacarığı
  • Hesabatların hazırlanması və təqdimat bacarığı (PowerPoint biliyi üstünlükdür)
  • Dil Bilikləri: Azərbaycan dilini sərbəst, ingilis və ya rus dilini orta səviyyədə bilmə üstünlükdür
  • Yüksək diqqətlilik, məsuliyyət və vaxtın effektiv idarə olunması bacarığı



Əlavə məlumatlar:

  • İş vaxtı : Həftənin 5 günü
  • İş yeri : Bakı şəhəri, Sulutəpə qəsəbəsi.
  • Könüllü Tibbi sığorta
  • Təlim və inkişaf imkanları
  • Nahar təminatı

Vakansiya haqqında

Son tarix

March 27, 2026

Paylaşılıb

fevral 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat