Mars Overseas Baku LTD MMC

Supervayzer

Bu gün

14

Təsvir

  • Satış planlarının icrasını təmin etmək və aylıq, illik hədəflərə nail olmaq
  • Satış komandasının gündəlik faəliyyətinə rəhbərlik etmək və satış proseslərini koordinasiya etmək
  • Mövcud müştərilərlə görüşlər təşkil etmək və danışıqlar aparmaq
  • Müştəri münasibətlərini idarə etmək və müştəri loyallığını artırmaq
  • Həftəlik və aylıq satış hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etmək
  • Komandanın motivasiyası, təlimi və inkişafını təmin etmək
  • Şirkətin qiymət, satış və xidmət siyasətinə tam əməl olunmasını təmin etmək
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək

Tələblər

  • Ali təhsil
  • Satış idarəetməsi üzrə sertifikatların olması arzuolunandır
  • Minimum 4 il satış sahəsində iş təcrübəsi, o cümlədən 2 il rəhbər vəzifədə
  • Azərbaycan dili sərbəst, Rus dili arzuolunandır
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • Şəxsi avtomobil olması mütləqdir


Xüsusi tələblər:

  • Bazar şəraitini və rəqabəti təhlil etmək bacarığı
  • Yüksək satış hədəflərinə nail olmaq üçün strateji planlaşdırma təcrübəsi
  • Satış strategiyalarının tətbiqinə nəzarət etmək və zəruri korrektələr təklif etmək


Vakansiya haqqında

Son tarix

August 1, 2026

Paylaşılıb

iyul 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri