Mühərrik yağlarından tutmuş avtomobil aksesuarlarınadək bu sahədə yaxşı anlayışın var? Sürət və məhsul çeşidini eyni anda idarə etməyi bacarırsan? O zaman Automotive kateqoriyasını bizimlə inkişaf etdirməyə gəl!
Nə ilə məşğul olacaqsan?:
- Platformada avtomobil məhsulları kateqoriyasının inkişaf strategiyasını qurmaq;
- Avtomobil sahiblərinin ehtiyaclarını və mövsümi tələbi analiz etmək;
- Məhsul çeşidini formalaşdırmaq və qiymətləri optimallaşdırmaq;
- Mövsümə uyğun aksiyalar başlatmaq (məsələn, yay tətili və ya təkər dəyişmə dövrlərində);
- Təchizatçılarla danışıqlar aparmaq və əsas məhsul mövqelərinin (KVI) mövcudluğunu təmin etmək;
- Əsas SKU-ların mövcudluğunu izləmək və məhsul kartlarının effektivliyinə nəzarət etmək;
- SEO, marketinq, logistika və growth komandası ilə əməkdaşlıq etmək.