Umico.az
Ana səhifə
/
/
/
Qaytarmalar və Keyfiyyətə Nəzarət Mütəxəssisi

Qaytarmalar və Keyfiyyətə Nəzarət Mütəxəssisi

  • Umico.az
  • Kamil Balakişiyev, Azərbaycan
  • Tam ştat

04-06-2025

466

Təsvir

Malların keyfiyyət standartlarına uyğun olmasını təmin etmək üçün vizual və funksional yoxlamalar aparmaq;

Qaytarılan malların vəziyyətinin göstərilən qaytarılma səbəblərinə uyğun olub-olmadığını yoxlamaq;

Qaytarılmış məhsulları funksional, diaqnostika tələb edən, təmirə ehtiyacı olan, utilizasiya üçün nəzərdə tutulan və s. kimi müvafiq kateqoriyalara ayırmaq;

Bütün qaytarılmış malların və onların statuslarının dəqiq qeydiyyatını və sənədləşdirilməsini aparmaq;

Qaytarılma proseslərinin problemsiz həyata keçirilməsini təmin etmək üçün tərəfdaşlarla danışıqlar aparmaq;

Qaytarılma sənədlərini dəqiq və səmərəli şəkildə emal etmək, lazım olduqda elektron bazaları yeniləmək;

Müştəri xidmətləri şöbəsi ilə sıx əməkdaşlıq edərək, qaytarmalarla bağlı müştəri problemlərini həll etmək;

Anbarda dəqiq ehtiyat səviyyəsini təmin etmək üçün dövri inventarizasiya yoxlamalarında fəal iştirak etmək;

Məhsulların funksional olub-olmamasının müəyyənləşdirilməsi və aidiyyəti üzrə kateqoriyalara bölünməsi (funksional, təmirə ehtiyac olan, utilizasiya üçün və s.);

Outlet üçün uyğun məhsulların seçilməsi və texniki yoxlamadan keçirilməsi;

Şöbə müdirinin digər göstərişlərinin icrası.


Tələblər

Ali təhsil;

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);

Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;

Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;

Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.

Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.

Şifahi və yazılı ünsiyyət bacarığı;

Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;

Obyektiv düşünmək bacarığı


Vakansiya haqqında

Son tarix

July 14, 2025

Paylaşılıb

iyun 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat