Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Anderraytinq şöbəsinin mütəxəssisi / Aparıcı mütəxəssisi

Anderraytinq şöbəsinin mütəxəssisi / Aparıcı mütəxəssisi

Bu gün

90

Təsvir

  • Kredit müraciətlərinin təhlili: müştərinin maliyyə vəziyyəti, gəlir-xərc balansı, DSCR, NPM, borc göstəriciləri və kredit tarixçəsinin araşdırılması;
  • Təqdim olunan girov təminatlarının hüquqi və maliyyə baxımından analiz olunması;
  • Kredit limiti və ödəmə şərtlərinin müəyyən edilməsi;
  • Kredit risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və qiymətləndirilməsi;
  • Kredit qərarlarının Bankın daxili qaydalarına və Mərkəzi Bankın normativ sənədlərinə uyğun hazırlanması;
  • Kredit portfeli üzrə davamlı monitorinq və erkən xəbərdarlıq siqnallarının (EWS) izlənilməsi;
  • Satış və RM komandası ilə sıx əməkdaşlıq – mürəkkəb və qeyri-standart kreditlərin strukturlaşdırılmasında iştirak;
  • Kredit proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi üzrə layihələrdə iştirak;
  • Problemli müştərilərin erkən mərhələdə aşkar edilməsi və risk eskalasiyasının təşəbbüsü.


Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Anlayışlı və sistemli təhlil aparmaq bacarığı;
  • Kredit təhlili, risk göstəriciləri və maliyyə nisbətləri üzrə biliklər (DSCR, ICR, Debt/Equity və s.);
  • Bank sektorunda, kredit risklərinin idarə olunması və/və ya kredit təhlili sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (ingilis dili üstünlükdür);
  • Microsoft Office (xüsusilə Excel) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • ERP/CRM sistemlərində və ya analitik alətlərlə işləmə təcrübəsi üstünlük sayılır;
  • Məsuliyyətli, detallara diqqətli və vaxtında qərarvermə bacarığı olan şəxs.


Vakansiya haqqında

Son tarix

August 4, 2025

Paylaşılıb

iyun 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə