Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Baş Data Analitik / Data analitika üzrə ekspert

Baş Data Analitik / Data analitika üzrə ekspert

Bu gün

40

Təsvir


Biznes məlumatlarının təhlili, hesabatlılığın avtomatlaşdırılması və analitik həllərin hazırlanması üzrə təcrübəli namizədləri komandamıza dəvət edirik. Bu vəzifədə siz müştəri və biznes göstəricilərinin təhlili, interaktiv dəşbordların hazırlanması və biznes bölmələri üçün analitik həllərin təqdim edilməsində aktiv rol alacaqsınız.


Vəzifə öhdəlikləri:


  • Biznes (Mikro/KOB/Korporativ) müştərilərin tranzaksiya tarixçəsi, POS dövriyyəsi, əməkhaqqı layihələri və kredit davranışlarına əsasən seqmentasiya modellərinin (RFM, LTV və s.) qurulması və idarə edilməsi.
  • Müxtəlif müştəri qrupları üçün uyğun bank məhsullarının müəyyənləşdirilməsi və "Next Best Action/Offer" (Növbəti Ən Yaxşı Təklif) modellərinin hazırlanması.
  • Passivləşməyə meylli olan biznes müştərilərinin öncədən müəyyən edilməsi üçün proqnozlaşdırıcı (predictive) analizlərin aparılması və qarşısının alınması strategiyalarına data dəstəyinin verilməsi.
  • Məlumat anbarından (DWH) mürəkkəb datanın çıxarılması, təmizlənməsi və biznes bölmələri üçün avtomatlaşdırılmış, interaktiv dəşbordların hazırlanması.
  • Məhsul sahibləri (Product Owners) və satış komandaları ilə sıx işləyərək biznes tələblərini texniki tapşırıqlara çevirmək və data əsaslı qərarların verilməsini təmin etmək.

Tələblər

  • Data Analitikası, CVM, BI və ya CRM analitikası sahəsində minimum 2-3 il iş təcrübəsi
  • Oracle SQL, PL/SQL üzrə dərin biliklər və mürəkkəb sorğular (complex queries) yazma bacarığı.
  • Superset, Tibco Spotfire və ya Tableau kimi BI alətlərindən sərbəst istifadə edərək kompleks dəşbordların yığılması.
  • Python proqramlaşdırma dillərində (Numpy,Pandas, Matplotlib, Seaborn) baza biliklər, həmçinin statistik analiz və maşın öyrənməsi (Machine Learning) konsepsiyaları haqqında anlayış.
  • Mürəkkəb datadan biznes mənasını çıxarma və qərar qəbuletməni dəstəkləyən "insight"-lar yaratma bacarığı.
  • Texniki olmayan rəhbər şəxslərə (Stakeholders) və biznes komandalarına datanı sadə və anlaşılan şəkildə izah edə bilmə.
  • Detallara diqqət, komandada işləmə və problem həlletmə bacarığı.


Biz nə təklif edirik?

  • Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;
  • Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;
  • Güclü komanda ruhu və müasir korporativ iş mühiti.


Vakansiya haqqında

Son tarix

November 27, 2026

Paylaşılıb

oktyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik