Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Biznes kreditlərinin monitorinqi bölməsinin Baş Mütəxəssisi/ Aparıcı Mütəxəssisi

Biznes kreditlərinin monitorinqi bölməsinin Baş Mütəxəssisi/ Aparıcı Mütəxəssisi

Bu gün

11

Təsvir

  • Bankın SME kredit portfeli üzrə davamlı monitorinq və müştəri davranışlarının təhlili;
  • Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi;
  • Müştərinin maliyyə göstəricilərinin dövri əsasda yenilənməsi və təhlil edilməsi (DSCR, dövriyyə, debitor/kreditor borcları və s.);
  •  Müştəri öhdəliklərinin yerinə yetirilməsinə nəzarət – gecikmələrin, restrukturizasiyaların və qeyri-standart hallarının təhlili;
  • Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsi ilə bağlı nəzarət və hesabatlılıq;
  • Problemli kreditlər üzrə ilkin diaqnostika və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;
  • Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinə dair yoxlamaların aparılması;
  • Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zəruri hallarda yenilənməsinə nəzarət;
  • Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Kreditlərin monitorinqi və/və ya maliyyə təhlili sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Kredit portfeli üzrə risklərin idarə olunması və siqnal analizləri üzrə biliklər;
  • Bank sektoru və Mərkəzi Bankın normativ sənədləri üzrə baza biliklər;
  • Sahə yoxlamalarında iştirak və yerli bizneslərin fəaliyyət prinsipləri barədə məlumat üstünlükdür;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

July 8, 2026

Paylaşılıb

iyun 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə