Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Biznes kreditlərinin monitorinqi bölməsinin Müdiri

Biznes kreditlərinin monitorinqi bölməsinin Müdiri

21-08-2024

2.6K

Bağlanılıb

Təsvir

  • Bölmənin işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların öz vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;
  • Bölmənin icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları şöbənin əməkdaşları arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını tələb etmək;
  • Monitorinqlərin aparılma qaydasının düzgün icrasına nəzarət etmək;
  • Bankdaxili korporativ prosedurlara müvafiq olaraq, biznes kreditləri portfeli üzrə Bankın Müştəri Xidməti Strukturlarında (MXS), müştərilərin biznes ünvanlarında və digər yerlərdə monitorinqlərinin həyata keçirilməsini təmin etmək;
  • Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaq üçün monitorinqlərin həyata keçirilməsini təmin etmək;
  • İcra səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Departamentə daxil olan müraciətlərə, sorğu və məktublara cavablar hazırlamaq;
  • Şübhəli hallar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara və AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirmək;
  • Rəhbərliyə Bölmənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Kredit, maliyyə, mühasibat uçotu, sahəsində yüksək biliyə sahib olmalı;
  • Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
  • Qanunvericiliyin əsaslarını bilmək;
  • Sənədlərin təhlilini aparmaq;
  • Analitik düşünmə bacarığı;
  • Stressə davamlılıq, komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

sentyabr 30, 2024

Paylaşılıb

avqust 21, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə