Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Biznes Proseslərinin İdarə edilməsi funksiyasının Prosses koordinatoru

Biznes Proseslərinin İdarə edilməsi funksiyasının Prosses koordinatoru

10-10-2024

1.3K

Bağlanılıb

Təsvir

  •  Bankda aparılan biznes və ona dəstək proseslərin (Baş ofis və filiallar üzrə) analizini aparmaq, bu proseslər üzrə baş verə biləcək riskləri müəyyən etmək;
  • Proseslərin mövcud xəritəsini yaratmaq (process mapping) və müntəzəm yeniləmək;
  • Proseslərin mövcud (As İs) modelini qiymətləndirmək, təsvir etmək, və gələcək (To Be) model üzrə təkliflər vermək;
  • Proseslərin mövcud modeli üzrə xronometraj aparmaq;
  • BPU (Business process universe) faylını daim yeniləmək;
  • Proseslərin optimallaşdırılması üzrə təkliflər vermək, aidiyyatı departmentlərlə birgə razılaşdıraraq, implementasiya etmək;
  • Proseslərin effektiv idarə edilməsi üzrə müxtəlif növ analizlər aparmaq, təkliflər vermək;
  • Proseslərin idarə edilməsi üzrə Bank səviyyəsində ümumi (makro) görüntüyə sahib olmaq, bütün proseslər barədə məlumatlı olmaq;
  • Biznes proseslərin biznes sahibi və iştirakçıları ilə birlikdə GAP analizini aparmaq;
  • Biznes proseslərində məsuliyyətin bölüşdürülməsi matrisinin təhlili;
  • Strukturu modelləşdirilmiş biznes proseslərinin və funksiyaların effektivliyini qiymətləndirmək üçün meyarlar hazırlanması;
  • Biznes proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək;
  • Proseslərin idarə edilməsi və optimallaşdırılması üzrə metodoloji bazanın yaradılması və daim yenilənməsi;
  • Strategiya və İnkişaf Departamentinin Rəhbəri tərəfindən mövcud iş təsviri çərçivəsində verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Tam ali təhsil;
  • Bank sahəsində 3 ildən az olmayan təcrübə (Əməliyyat riskləri, Daxili Audit, Daxili Nəzarət və proseslərin idarəedilməsi sahəsində təcrübələrə üstünlük veriləcəkdir);
  • Güclü biznez analiz etmək bacarığı; 
  • Bir neçə layihə və vəzifəni eyni anda detallı şəkildə işləmək və əlaqələndirmək bacarığı;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Excel, MS Project, Vision) ;
  • Güclü araşdırma (xarici təcrübə, best practice-lərin tətbiqi) qabiliyyəti;
  • Müştəri yönümlülük;
  • Yüksək kommunikasiya, təşkilati və icraçı bacarığları, dürüstlük, öyrənmək və başqalarını öyrətmək bacarığı.

Vakansiya haqqında

Son tarix

noyabr 19, 2024

Paylaşılıb

oktyabr 10, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər