Push, SMS, Email və digər kommunikasiya kanalları üzrə kampaniyaların qurulması prosesinə dəstək göstərmək;
SMS reklam mətnlərinin mobil operatorlarla razılaşdırılması və təsdiqlənməsi;
Excel vasitəsilə məlumatların emalı, strukturlaşdırılması və analitik təhlillərin aparılması;
CRM və loyallıq istiqaməti üzrə həyata keçirilən kampaniyaların hazırlanması və icrasında iştirak etmək;
CRM funnel üzrə əsas göstəriciləri əhatə edən hesabatların hazırlanması və mütəmadi yenilənməsi (göndərilən, çatdırılan, açılan mesajlar, Open Rate, Click Rate, CTR);
Kampaniyaların effektivliyinin izlənilməsi, nəticələrin təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.
Tələblər
Excel proqramı üzrə yüksək səviyyədə biliklər (VLOOKUP, pivot cədvəllər və s.);
Yüksək analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
CRM/CDP platformaları (Mindbox, Maestra və s.) ilə təcrübə üstünlükdür;
Pərakəndə bankçılıq prosesləri, əməliyyatları və əsas performans göstəriciləri barədə anlayış üstünlükdür;
Bank sahəsində təcrübəyə sahib olmaq üstünlükdür;
Rus və ya İngilis dilini sərbəst səviyyədə bilmək.