Unibank Kommersiya Bankı

Daxili Auditor

Bu gün

154

Təsvir

· İllik audit planına uyğun olaraq Bankın fəaliyyət istiqamətləri üzrə auditlərin həyata keçirilməsi və nəzarət mühitinin qiymətləndirilməsi;

· Proseslərin, risklərin və daxili nəzarət mexanizmlərinin dizayn və əməliyyat effektivliyinin qiymətləndirilməsi;

· Audit olunan əməliyyat və proseslərin qüvvədə olan qanunvericiliyə və normativ sənədlərə uyğunluğunun yoxlanılması;

· Audit proqramlarının hazırlanması, prosedurların icrası və müvafiq sübutların toplanması

· Audit nəticələri üzrə hesabatların, müşahidə və tövsiyələrin hazırlanması və təqdim edilməsi;

· Audit tapıntıları üzrə razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin monitorinqi;

· Riskəsaslı audit yanaşmasının və daxili audit metodologiyasının təkmilləşdirilməsinə töhfə verilməsi.

Tələblər

· Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;

· Bank əməliyyatları, kredit prosesləri və maliyyə hesabatlarının auditi üzrə iş təcrübəsi;

· Daxili audit prinsipləri və riskəsaslı audit yanaşması üzrə biliklər;

· IFRS və prudensial tənzimləmə tələbləri üzrə biliklər;

· Maliyyə hesabatlarının və əsas maliyyə göstəricilərinin təhlili bacarığı;

· Bank fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar üzrə məlumatlılıq;

· Müxtəlif biznes prosesləri və struktur bölmələr üzrə auditlərin aparılması təcrübəsi;

· Analitik düşünmə, effektiv ünsiyyət və komandada işləmə bacarığı;

· İngilis dilində peşəkar səviyyədə yazılı kommunikasiya və hesabat hazırlama bacarığı;

· CIA, CISA, ACCA və ya digər beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

March 28, 2026

Paylaşılıb

fevral 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə