Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Dələduzluğun qarşısının alınması şöbəsinin eksperti

Dələduzluğun qarşısının alınması şöbəsinin eksperti

Bu gün

180

Təsvir

·  Kredit məhsulları üzrə dələduzluq risklərinin aşkarlanması, araşdırılması və qarşısının alınmasında lider icraçı olaraq iştirak etmək, kök səbəbləri təhlil edib nəzarət mexanizmləri üzrə təkliflər vermək və maliyyə/reputasiya zərərinin minimuma endirilməsini təmin etmək;

·  Kredit müraciətləri və mövcud kredit portfeli üzrə dələduzluq indikatorlarını (red flags) formalaşdırmaq, yeniləmək və risk əsaslı prioritetləşdirmə modeli tətbiq etməklə davamlı izləmək;

·  Daxili sistemlərdən (CRM və kredit platforması, skorinq, loglar, ödəniş intizamı və s.) məlumatları toplayaraq strukturlaşdırılmış keyslər yaratmaq, məlumatların tamlığını/uyğunluğunu yoxlamaq və şübhəli nümunələri analitik yanaşma ilə aşkar etmək;

·  Skorinq proseslərində tətbiq olunan antifraud qaydalarının və nəzarət mexanizmlərinin hazırlanması və optimallaşdırılması;

·  Şübhəli kredit müraciətləri və verilmiş kreditlər üzrə araşdırma planını hazırlamaq, araşdırmanın həcmini və metodunu (verifikasiya, çarpaz yoxlama, əlavə mənbə ilə təsdiqləmə və s.) risk səviyyəsinə uyğun seçmək və icra etmək;

·  Müraciət sənədlərinin, gəlir/iş yeri məlumatlarının, əlaqə məlumatlarının, təminat/əmlak sənədlərinin yoxlanılması və çarpaz təsdiqlənməsini aparmaq, ziddiyyət və uyğunsuzluqlar üzrə əsaslandırılmış rəy formalaşdırmaq;

·  Skorinq və qeyri-skorinq kredit axınları üzrə dələduzluq hallarında kök səbəb analizini aparmaq;

·   Avtomatlaşdırılmış və hibrid model kredit proseslərində (STP, pre-approval və s.) nəzarət mexanizmlərinin gücləndirilməsi;

·  Kredit prosesində dələduzluq riskini azaldan nəzarət tədbirlərini (əlavə verifikasiya addımları, risk əsaslı təsdiq səviyyələri, eskalasiya qaydaları, istisnaların idarə edilməsi, limitlər və s.) hazırlamaq, əsaslandırmaq və tətbiqinə metodoloji dəstək göstərmək;

·  Dələduzluq halları üzrə məlumat bazasının (case register) aparılmasına nəzarət etmək, təkrarlanan indikatorlar və sxemlər üzrə trend analitikası aparmaq və mütəmadi təkmilləşdirmə təklifləri vermək.

Tələblər

·   Ali təhsil (maliyyə üzrə, iqtisadiyyat üzrə, riyaziyyat üzrə);

·   Bank sahəsində ümumilikdə 2 il iş təcrübəsi, müvafiq sahədə ən azı 1 il;

·   Oracle PL/SQL üzrə orta səviyyəli bilik; Power BI bilikləri üstünlükdür;

·   Statistik biliklər və bank məhsulları üzrə məlumatlılıq;

·   Məntiqi və analitik düşünmə qabiliyyəti;

·   Kredit riskləri üzrə qanunvericilik və normativ sənədlər barədə bilik;

·   Böyük məlumat bazası ilə işləmək və təqdimat hazırlamaq bacarığı;

·   İngilis və ya rus dili üzrə bilik arzuolunandır;

·   Daxili audit, nəzarət, risk (fraud), istehlak və ya mikro kredit analizi sahələrində təcrübə üstünlükdür.

Vakansiya haqqında

Son tarix

March 14, 2026

Paylaşılıb

fevral 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə