Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Əməliyyat riskləri şöbəsinin Müdiri

Əməliyyat riskləri şöbəsinin Müdiri

06-06-2024

5.1K

Bağlanılıb

Təsvir

  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
  • Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
  • Özünüqiymətləndirmə Sorğularının (Self Assessment) keçirilməsi;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə təkmil alətlərin tətbiq edilməsi;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Bankın riskləri üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi. Əməliyyat riski insidentlərinin idarə edilməsi;
  • Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
  • Risk mədəniyyətinin bankda inkişafına dəstək;
  • Sığorta şirkətləri ilə iş.

Tələblər

  • Ali təhsil (bakalavr);
  • Analiz etmə qabiliyyəti;
  • Risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində biliklərin olması;
  • Analitik qabiliyyətlərə və problem həll etmək bacarığına malik olması;
  • MS-Office (Excel, PowerPoint, Word) proqramlarında sərbəst işləmək bacarığı;           
  • Rus və İngilis dilini bilməsi arzu olunandır;
  • Qanunvericilik, sənədləşmə biliyi;
  • Anoloji sahədə minimum 3 il iş təcrübəsi;
  • Risk management istiqamətində təhsilin/sertifikatın olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

iyun 29, 2024

Paylaşılıb

iyun 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə