Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Əməliyyat sistemlərinin idarə olunması şöbəsinin Baş Mütəxəssisi

Əməliyyat sistemlərinin idarə olunması şöbəsinin Baş Mütəxəssisi

Dünən

229

Təsvir

  • Fiziki və virtual serverlərin (Windows Server) quraşdırılması, konfiqurasiyası və idarə olunması;
  • Domain, DNS, DHCP, Active Directory xidmətlərinin təşkili və monitorinqi;
  • Sistemlərin fasiləsiz olaraq işləkliyinin təmin olunması;
  • VMware ESXi, vSphere platformalarının idarə edilməsi;
  • Bulud infrastrukturlarına (Azure, AWS, v.s.) inteqrasiya və idarəetmə;
  • Sistem istifadəçilərinin idarə olunması, rola əsaslanan giriş icazələrinin təyin edilməsi;
  • PCI DSS, ISO 27001 və s. uyğunluq siyasətlərinin tətbiqi;
  • Backup siyasətinin qurulması (Veeam);
  • Bərpa testlərinin həyata keçirilməsi və sənədləşdirilməsi;
  • Zabbix, PRTG, Grafana və digər sistemlərlə monitorinq;
  • Resurs istifadəsinin təhlili və sistemin optimallaşdırılması;
  • PowerShell, Bash, Python və s. vasitəsilə rutin işlərin avtomatlaşdırılması;
  • Konfiqurasiya sənədlərinin hazırlanması;
  • Sistem arxitekturasının təsviri;
  • İstifadəçi və digər texniki heyətə dəstək göstərilməsi;
  • Yeni texnologiyaların tətbiqi və test edilməsi;
  • Server miqrasiyası, sistem yenilənməsi və təkmilləşdirilməsi layihələrinin həyata keçirilməsi.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və digər əlaqəli sahələr üzrə);
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (ən az 2-3 il baş inzibatçı və ya müvafiq vəzifədə olmaqla);
  • Microsoft (MCSA, MCSE),VMware (VCP) sertifikatlarından biri və ya bir neçəsi üstünlükdür;
  • ITIL v4 – xidmət idarəetməsi üzrə baza anlayışları;
  • Windows Server (2016/2019/2022) və Active Directory üzrə dərin biliklər;
  • Linux/Unix sistemlərinin (Red Hat, CentOS, Ubuntu) quraşdırılması, konfiqurasiyası və idarə olunması təcrübəsi;
  • HPE enterprise server və storage avadanlıqlarının idarə olunması və texniki dəstəyi sahəsində təcrübə: rack-mounted ProLiant serverlər, blade infrastruktur (HPE Synergy), storage sistemləri (HPE 3PAR, Primera, Alletra, StoreOnce, MSA, və s.) üzrə konfiqurasiya, performans monitorinqi və nasazlıqların aradan qaldırılması bacarığı;
  • VMware vSphere/ESXi idarəetməsi və VM-lərin idarəsi üzrə təcrübə;
  • Bulud platformaları (Azure, AWS) üzrə baza biliklər üstünlükdür;
  • TCP/IP, DNS, DHCP, VPN, VLAN və digər şəbəkə protokolları haqqında biliklər;
  • Sistem təhlükəsizliyi və PCI DSS, ISO 27001 uyğunluq anlayışları;
  • Veeam, və ya digər backup həllərində təcrübə;
  • Bərpa planlarının hazırlanması və test olunması təcrübəsi;
  • Monitorinq alətləri ilə (Zabbix, PRTG, Nagios) işləmək bacarığı;
  • PowerShell, Bash və ya digər skript dillərində yazma bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komandada və müstəqil işləmə bacarığı;
  • Müəyyən edilmiş müddət çərçivəsində tapşırıqları icra etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

August 21, 2025

Paylaşılıb

avqust 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik