Unibank Kommersiya Bankı

Fərdi Bankir

Dünən

262

Təsvir

  • Bank məhsulları üzrə müştərilərə məsləhətlərin verilməsi: depozitlər, kreditlər, investisiyalar, premium kartlar;
  • Müştərilərlə etimada və yüksək keyfiyyətli xidmətə əsaslanan uzunmüddətli münasibətlərin qurulması;
  • Müştəri ehtiyaclarının aktiv şəkildə müəyyənləşdirilməsi və fərdi həllərin təklif edilməsi;
  • Əməliyyatların müşayiəti, xidmət keyfiyyətinə nəzarət və yaranan məsələlərin operativ həlli;
  • Bankın eksklüziv tədbirlərində iştirak edərək premium-xidmət imicinin gücləndirilməsi;
  • Müştəri ehtiyaclarının qabaqcadan müəyyən edilməsi və proaktiv xidmətin göstərilməsi;
  • Kompleks xidmət üçün daxili bölmələrlə əməkdaşlıq edilməsi.

Tələblər

  • Ali təhsil-İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi sahələrinə üstünlük verilir;
  • Bankda ön xətt / müştəri xidmətləri üzrə minimum 3–4 il iş təcrübəsi;
  • Bank məhsulları haqqında dərin biliklər;
  • Satış bacarıqları və premium xidmət üzrə təcrübə;
  • Azərbaycan dilini mükəmməl şəkildə, Rus, İngilis dillərini səlis danışıq səviyyəsində bilmək üstünlükdür.

Vakansiya haqqında

Son tarix

November 29, 2025

Paylaşılıb

oktyabr 29, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə