Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Hesabatlıq və analitikası şöbəsinin Aparıcı/Baş Mütəxəssisi (Risklərinin idarə edilməsi Departamenti)

Hesabatlıq və analitikası şöbəsinin Aparıcı/Baş Mütəxəssisi (Risklərinin idarə edilməsi Departamenti)

Bu gün

246

Təsvir

· Kredit portfeli üzrə (struktur, dinamika, keyfiyyət) məhsul və seqment kəsimində müntəzəm hesabatların hazırlanması;

· Məlumatların düzgünlüyünün təmin edilməsi, uzlaşdırmaların aparılması və hesabat dövrünün bağlanması üzrə müəyyən edilmiş müddətlərə riayət olunması;

·  Gecikmə və NPL göstəricilərin təhlili, trendlərin və dəyişikliklərin əsas səbəblərinin müəyyən edilməsi;

·  Rəhbərlik üçün qısa, aydın və praktik analitik nəticələrin təkliflərin hazırlanması;

·  SQL əsaslı məlumat çıxarışlarının və məlumat vitrinlərinin dəstəklənməsi, hesablamaların aparılması, sorğu məntiqinin və təsnifatların (xüsusilə göstərici və əlamətlərin) standartlaşdırılması;

·  Hesabatlılıq proseslərinin avtomatlaşdırılmasına və məlumat keyfiyyətinin yüksəldilməsinə töhfə verilməsi.

Tələblər

· Ali təhsil (Kompüter elmləri, informasiya sistemləri, statistika, iqtisadiyyat, maliyyə və ya biznesin idarə edilməsi sahələri üzrə);

· Bank sektorunda kredit portfeli üzrə hesabatlılıq və/ya analitika sahəsində minimum 2 il iş təcrübəsi;

· SQL üzrə güclü biliklər (JOİN-lar , window funksiyaları, tarixlərlə işləmə, böyük həcmli məlumatların emalı);

· Məlumatların yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və səbəblərin araşdırılması bacarığı;

· Rəqəmsal məlumatları analitik nəticələrə çevirməkvə onları qısa, aydın izahlarla təqdim etmək bacarığı;

· Detallara diqqət, müddətlərə əməl etmək və nəticəyə görə məsuliyyətlilik;

· Xarici dil bilikləri: İngilis və rus dillərini bilmək arzuolunandır.

Vakansiya haqqında

Son tarix

February 24, 2026

Paylaşılıb

yanvar 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə