Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
İdarəetmə, Risk və Komplayens (GRC) Şöbəsinin Aparıcı Mütəxəssisi

İdarəetmə, Risk və Komplayens (GRC) Şöbəsinin Aparıcı Mütəxəssisi

Bu gün

273

Təsvir

Risk qiymətləndirmə sessiyalarını təşkil etmək, iştirak etmək, nəticələri sənədləşdirmək və tədbir planlarına yönləndirmək. 

Komplayens yoxlamalarını (compliance review) aparmaq, pozuntuları aşkar edərək düzəldici tədbirlər üçün təkliflər hazırlamaq. 

Daxili nəzarət fəaliyyətlərinin effektivliyini test etmək, zəif cəhətləri müəyyən edib Baş Mütəxəssisə hesabat vermək. 

GRC məlumat bazalarını, risk kitabxanasını, normativ aktlar reyestrini gündəlik yeniləmək. 

İdarəetmə sistemləri (keyfiyyət, təhlükəsizlik, davamlılıq) üzrə GRC tələblərinin inteqrasiyasını təmin etmək. 

İşçilərin GRC qaydalarına riayət etməsini yoxlamaq üçün random testlər və anketlər hazırlamaq. 

Kiçik mütəxəssis və mütəxəssislərə iş tapşırıqlarını bölüşdürməkdə və onların işlərinin keyfiyyətini yoxlamaqda kömək etmək. 

Audit və yoxlamalar zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək. 



Tələblər

Ali təhsil (İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, informasiya sistemləri, risklərin idarə edilməsi və ya digər əlaqəli sahə üzrə); 

İnformasiya təhlükəsizliyi, informasiya risklərinin idarə olunması, komplayens və ya əlaqəli sahələrdə ən azı 2 il iş təcrübəsi; 

İnformasiya təhlükəsizliyi idarəetmə çərçivələrinin, siyasət və prosedurların hazırlanması və tətbiqi üzrə biliklər; 

İnformasiya aktivlərinin təsnifatı, mühafizəsi və risk əsaslı idarə edilməsi üzrə nəzəri bilik və təcrübə; 

Audit, komplayens, nəzarət mexanizmləri və tənzimləyici fəaliyyət planlarının idarə olunması üzrə təcrübə; 

Layihələr, məhsullar və İT infrastrukturu üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi və tətbiqinə nəzarət etmək bacarığı; 

Üçüncü tərəf riskləri, xidmət təchizatçılarının nəzarəti və müqavilə çərçivəsində təhlükəsizlik tələblərinin qiymətləndirilməsi üzrə biliklər; 

Güclü analitik, təşkilati, ünsiyyət, təqdimat və koordinasiya bacarıqları; 

GRCP, ISO 31000, CISM, CRISC, CISA və ya digər əlaqəli beynəlxalq peşəkar sertifikatların olması arzuolunandır; 

B1 səviyyədə ingilis və ya rus dili biliyi (standart yazışmalar və anlama).

Vakansiya haqqında

Son tarix

December 18, 2026

Paylaşılıb

noyabr 18, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik