Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
İlkin təqib şöbəsinin Kiçik Mütəxəssisi

İlkin təqib şöbəsinin Kiçik Mütəxəssisi

Bu gün

82

Təsvir

  • Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində təhkim olunmuş gecikmə qruplarına gündəlik zənglər etmək, qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müvafiq tədbirləri icra etmək;
  • Müştəri probleminin araşdırılması və ehtiyac yarandıqda ona kreditin sağlamlaşdırılması məqsədilə restrukturizasiya və kreditlərin müddətinin uzadılmasını təklif etmək;
  • Mütəmadi kampaniya və yeni qaydalar haqqında müştəriləri məlumatlandırmaq;
  • Müştərilərlə danışıq nəticələrinin mövcud sistemdə düzgün qeydiyyatını aparmaq;
  • Mütəmadi olaraq zənglər zamanı yaranan müştəri təklif, şikayət və problemləri barədə məlumatları əldə etmək, ümumiləşdirildikdən sonra rəhbərliyə ötürmək, gündəlik fəaliyyət nəticələri barədə müvafiq statistik hesabatları təqdim etmək.

Tələblər

  • Ali təhsil;
  • MS Office (Word, Excel, Outlook) proqramlarından əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı;
  • Səlis azərbaycan dili biliyi, rus dili biliyi arzuolunandır;
  • Effektiv ünsiyyət və təqdimat bacarığı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • Təşəbbüskarlıq, aktivlik və komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

March 30, 2026

Paylaşılıb

fevral 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə