Təsvir
- Push, SMS, Email və digər kommunikasiya kanalları üzrə kampaniyaların qurulması prosesinə dəstək göstərmək;
- SMS reklam mətnlərinin mobil operatorlarla razılaşdırılması və təsdiqlənməsi;
- Excel vasitəsilə məlumatların emalı, strukturlaşdırılması və analitik təhlillərin aparılması;
- CRM və loyallıq istiqaməti üzrə həyata keçirilən kampaniyaların hazırlanması və icrasında iştirak etmək;
- CRM funnel üzrə əsas göstəriciləri əhatə edən hesabatların hazırlanması və mütəmadi yenilənməsi (göndərilən, çatdırılan, açılan mesajlar, Open Rate, Click Rate, CTR);
- Kampaniyaların effektivliyinin izlənilməsi, nəticələrin təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.
Tələblər
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər (VLOOKUP, pivot cədvəllər və s.);
- Yüksək analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
- CRM/CDP platformaları (Mindbox, Maestra və s.) ilə təcrübə üstünlükdür;
- Pərakəndə bankçılıq prosesləri, əməliyyatları və əsas performans göstəriciləri barədə anlayış üstünlükdür;
- Bank sahəsində təcrübəyə sahib olmaq üstünlükdür;
- Rus və ya İngilis dilini sərbəst səviyyədə bilmək.