Unibank Kommersiya Bankı

Kart biznesi üzrə Analitik

Bu gün

90

Təsvir

  • Kart biznesinin emissiya üzrə gəlir və xərc analizlərinin aparılması;
  • Kartlar üzrə dövriyyələrin təhlili, trendlərin müəyyən edilməsi və nəticələrə əsasən optimizasiya təkliflərinin hazırlanması;
  • Aidiyyəti məhsullar üzrə gəlir və xərclərin təhlili, optimizasiya təkliflərinin hazırlanması və icrası üçün müvafiq strukturlara təqdim edilməsi;
  • Kart biznesi sahəsində baş verən yeniliklərin izlənməsi və yeni biznes imkanlarının müəyyən edilməsi;
  • Mütəmadi bazar araşdırmalarının aparılması;
  • Beynəlxalq ödəniş sistemləri tərəfindən tələb olunan birdəfəlik və periodik analitika və hesabatların hazırlanması;
  • Ödəniş sistemlərinə təqdim olunan invoice-ların təhlili, nəzarətdə saxlanılması, optimallaşdırılması üzrə təkliflərin verilməsi və icrasına dəstək göstərilməsi.


Üstünlüklərimiz:


  • Peşəkar iş mühiti;
  • Kart biznesi və ödəniş sistemləri sahəsində praktiki bilik və təcrübə qazanmaq imkanı;
  • Təcrübə dövründə peşəkar mütəxəssislər tərəfindən mentorluq dəstəyi;
  • Karyera inkişafı və daimi iş imkanı.

Tələblər

  • İqtisadiyyat, biznes, maliyyə, riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • SQL, Excel və Power BI ilə işləmək bacarığı;
  • Analitik düşünmə və təhlil qabiliyyəti;
  • Verilmiş materiallardan istifadə edərək təhlil aparmaq və tapşırıqları yerinə yetirmək bacarığı;
  • Yeniliklərə açıq olmaq və daimi özünü inkişaf etdirmək;
  • Dəqiq, məsuliyyətli və nəticəyönümlü iş tərzi;
  • Komanda ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

January 13, 2026

Paylaşılıb

dekabr 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə