Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Kassa Müdiri - Beyləqan filialı

Kassa Müdiri - Beyləqan filialı

03-02-2025

195

Təsvir

  • Kassada aparılan əməliyyatların AR-nın Mərkəzi Bankının və Bankın daxili prosedur/qaydalarına və AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyinə uyğun təşkil edilməsi;
  • Kassanın işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların öz vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;
  • Kassanın icraatında olan işlərin Kassa xidmətləri üzrə mütəxəssislər tərəfindən keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını tələb etmək;
  • Kassanın əməkdaşları tərəfindən əməyin mühafizəsi, sanitar-gigiyena və texniki təhlükəsizliklə əlaqədar tələblərə əməl edilməsinə nəzarət etmək;
  • Nağd vəsaitlərin limitinə nəzarət etmək;
  • Kassada rəsmiləşdirilmiş bütün sənədlərə cavabdeh şəxs olaraq nəzarət etmək;
  • Müştərilərə xidmət göstərmək, mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;
  • Mübadilə əməliyyatlarının aparılmasını təmin etmək;
  • Bankomatın və ödəniş terminallarının inkassasiyasını daxili prosedur və qaydalara uyğun təşkil etmək;
  • Rəhbərliyə Kassanın icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;


Tələblər

  • Müvafiq sahə üzrə bakalavr Ali təhsil;
  • ATM və onunla işləmək üçün baza biliklərinə malik olmalı;
  • Kompüter bilikləri əla səviyyədə (Windows, MS Office (Word, Excel, Outlook), İnternetdə işləmə bacarığı));
  • Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik;
  • İngilis dili arzu olunandır;
  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;
  • Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • Fəaliyyətin zəif tərəflərini aşkarlamaq qabiliyyəti


Vakansiya haqqında

Son tarix

mart 15, 2025

Paylaşılıb

fevral 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə