Unibank Kommersiya Bankı

Korporativ Katib

15-01-2025

398

Təsvir

  • Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının planlanması, çağırılması və keçirilməsini təmin etmək;
  • Həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl iştirakçıları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
  • Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
  • Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
  • Bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən edilməsində iştirak etmək;
  • Müşahidə Şurasının sədri ilə birgə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək;
  • Müşahidə Şurası üzvlərinin peşəkar inkişafını təmin etmək, o cümlədən təlimlər təşkil etmək və lazımi dəstək göstərmək.

Tələblər

  • Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsil (hüquq sahəsinə üstünlük verilir);
  • Maliyyə / bankçılıq sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti, ingilis dili — ən azı orta səviyyədə;
  • Yüksək səviyyəli kommunikasiya bacarıqları (həm yazılı, həm də şifahi);
  • Konfidensiallığı qorumaq qabiliyyəti, nəzakətli və həssas davranış;
  • Məsuliyyətlilik və işdə dəqiqlik.

Vakansiya haqqında

Son tarix

fevral 15, 2025

Paylaşılıb

yanvar 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə