Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Korporativ xidmətlər üzrə kiçik Mütəxəssis/Mütəxəssis

Korporativ xidmətlər üzrə kiçik Mütəxəssis/Mütəxəssis

Bu gün

12

Təsvir

  • Fərdi sahibkarlar və hüquqi şəxslərə Bankın məhsul və xidmətləri üzrə peşəkar məsləhət vermək və satış prosesini həyata keçirmək
  • Qanunvericiliyin və Bankın daxili prosedurlarının tələblərinə uyğun olaraq bütün növ bank hesablarının açılması, aparılması və bağlanılmasını təmin etmək
  • Müştəriləri Bankın məhsul və xidmətləri barədə mütəmadi məlumatlandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək
  • Yeni korporativ müştərilərin cəlb edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması
  •  Mövcud korporativ müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və onların ehtiyaclarına uyğun bank həllərinin təqdim edilməsi
  • Satış hədəflərinin yerinə yetirilməsinə və müştəri məmnuniyyətinin artırılmasına töhfə vermək

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil
  • Təcrübəsi olmayan namizədlər (kiçik mütəxəssis səviyyəsi), eləcə də bank sektorunda, korporativ xidmətlər və ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi olan namizədlər (mütəxəssis səviyyəsi) müraciət edə bilərlər
  • Müştərilərlə effektiv ünsiyyət qurmaq və uzunmüddətli əməkdaşlıq münasibətləri formalaşdırmaq bacarığı
  • Rus dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlük hesab olunur
  • MS Office proqramları (Word, Excel) üzrə yaxşı biliklər
  • Analitik düşüncə, müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti
  • Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət
  • Komandada səmərəli işləmək bacarığı

Vakansiya haqqında

Son tarix

September 6, 2026

Paylaşılıb

avqust 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə