Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Lead Backend Developer (FinTech Integrations / IPS)

Lead Backend Developer (FinTech Integrations / IPS)

Bu gün

123

Təsvir

  • Daxili bank sistemləri və xarici IPS API-ları arasında inteqrasiya şlüzünün 24/7 rejimində fasiləsiz işləməsinin təmin edilməsi;
  • Mesaj növbələrinin idarə olunması və ödəniş bildirişlərinin çatdırılmasına nəzarət edilməsi;
  • Vəsaitlərin dərhal köçürülməsi üçün IPS-in sürət reqlamentlərinə uyğun olaraq gecikmələrin (latency) minimuma endirilməsi;
  • Tənzimləyici və IPS spesifikasiyalarındakı dəyişikliklərin (ISO 20022 və s.) izlənilməsi və sistemlərə operativ tətbiqi;
  • Yeni ödəniş növlərini (Request to Pay, geri qaytarılmalar, abunəliklər) dəstəkləmək üçün biznes məntiqlərinin və cədvəl strukturlarının təkmilləşdirilməsi;
  • Gələn və gedən mesajların aktual XSD/JSON sxemlərinə uyğunluğunun təmin edilməsi;
  • Ödəniş tranzaksiyalarının emalı üçün saxlanılan prosedurların (stored procedures), paketlərin və triqqerlərin layihələndirilməsi;
  • Müxtəlif IPS statusları zamanı (success, reject, timeout) məlumatların konsistentliyinin qorunması;
  • Hesabatlılıq və mübahisəli halların araşdırılması (Dispute Management) üçün ödənişlərin ətraflı loqlaşdırılması və arxivləşdirilməsinin təşkili;
  • Təhlükəsiz inteqrasiyaların təmin edilməsi (sertifikatlar, elektron imza, kriptoqrafiya);
  • IPS-in anti-fraud, AML və mühasibatlıq sistemləri ilə inteqrasiyası;
  • Daxili bank kanalları (Mobil Bankçılıq, İnternet Bankçılıq) üçün API-ların idarə edilməsi və sənədləşdirilməsi;
  • Tənzimləyicinin test mühitlərində (sandbox) mütəmadi sertifikasiya testlərinin keçirilməsi;
  • İnsidentlərin diaqnostikası: PL/SQL və JS təbəqələri arasındakı xətaların müəyyən edilməsi və aradan qaldırılması;
  • Dəyişikliklərin avtomatlaşdırılmış qaydada tətbiqi üçün CI/CD proseslərində iştirak.


Üstünlüklərimiz:


  • Peşəkar karyera və inkişaf imkanları;
  • Komanda daxilində güclü bilik mübadiləsi;
  • Rahat və müasir iş mühiti;
  • Tibbi Sığorta.


Tələblər

  • REST API üzrə yaxşı biliklər (HTTP metodları, status kodları, JSON);
  • Java üzrə biliklər;
  • Təhlükəsizlik üzrə əsas biliklər (authentication, authorization, tokenlərlə iş);
  • Payment / transfer sistemləri ilə iş təcrübəsi;
  • Messaging texnologiyaları: MQ / Kafka;
  • ISO 20022 üzrə biliklər (pacs.008, pain.013 və s.);
  • Tranzaksiyalar və məlumatların bütövlüyü prinsiplərinin anlaşılması;
  • Verilənlər bazaları ilə ekspert səviyyəsində iş təcrübəsi (MongoDB, Oracle və ya analoji);
  • PL/SQL və SQL üzrə biliklər;
  • Bank sahəsində və ya ödəniş sistemlərində minimum 3 il iş təcrübəsi;
  • IBM App Connect (ESQL) bilikləri arzuolunandır.

Vakansiya haqqında

Son tarix

February 23, 2026

Paylaşılıb

yanvar 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə