Ölkədaxili və xarici ezamiyyət xərclərini təsdiqedici sənədlər əsasında yoxlamaq və 1C sistemində uçota almaq;
Bankın balansında olan avtomobillərlə bağlı təmir, texniki xidmət, ehtiyat hissələri və yanacaq xərclərinə nəzarət etmək, müvafiq ödənişləri və sənədləşməni təmin etmək, dövri hesabatlar hazırlamaq;
Yeni əldə edilmiş əsas vəsaitlər üzrə sənədləri yoxlamaq, onları 1C sistemində uçota almaq və ilkin cədvəlləri hazırlamaq;
1C sistemində əsas vəsaitlər üzrə struktur bölmələrə uyğun hesabatlar formalaşdırmaq;
Sənədlərin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
Sənədlərin rəqəmsallaşdırılması, inventarizasiya və digər rutin proseslərin optimallaşdırılmasında iştirak etmək;
Zərurət yarandıqda, bankın filiallarında inventarizasiya aparmaq məqsədilə ölkədaxili ezamiyyətlərdə iştirak etmək.
Tələblər
Ölkədaxili ezamiyyətlərə getmək imkanı (filiallarda inventarizasiya işlərinin aparılması məqsədilə).
Rus dilini sərbəst bilmək;
MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
1C proqramı üzrə biliklər (iş təcrübəsi arzuolunandır);
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə bakalavr təhsili.