Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Maşın öyrənmə və Platforma üzrə kiçik Mühəndis (Junior ML Engineer)

Maşın öyrənmə və Platforma üzrə kiçik Mühəndis (Junior ML Engineer)

Bu gün

157

Təsvir

  • Məlumatların toplanması, təmizlənməsi və ön emalının həyata keçirilməsi (data wrangling);
  • Məlumatın təhlilini apararaq düzgün formatda təqdim edilməsini təmin etmək;
  • Sadə ML modellərini qurmaq və onları tətbiq etmək (Regressiya, Klassifikasiya);
  • Modellərin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün ilkin analizləri həyata keçirmək;
  • Machine Learning modellərini platforma üzərində işləməsi üçün inteqrasiya etmək;
  • Modelin proqnoz və nəticələrini düzgün şəkildə təqdim etmək üçün kod yazmaq;
  • Modellərin və platformaların performansını izləmək;
  • Yavaş çalışan modellərin və data pipeline-ların optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihə komandası ilə birlikdə çalışaraq verilənlər və maşın öyrənmə alqoritmlərinin hazırlanmasına dəstək vermək;
  • Texniki məsələlər barədə komanda üzvləri ilə müzakirələr aparmaq.


Tələblər

  • Kompüter elmləri və ya əlaqəli sahədə bakalavr təhsili;
  • 1-2 il maşın öyrənməsi və ya məlumat mühəndisliyi sahəsi üzrə təcrübə;
  • Layihələr və ya yarışmalar (məs. Kaggle) üzrə iştirak üstünlükdür;
  • Supervise/Unsupervised Machine Learning alqoritmləri (Logistic Regression, Decision Trees, K-Means və s.) üzrə biliklər;
  • Modelin qiymətləndirilməsi (precision, recall, F1-score, cross-validation) bilikləri;
  • Məlumatların təmizlənməsi və feature engineering bacarığı;
  • Python proqramlaşdırma dili və ML kitabxanaları: scikit-learn, TensorFlow, Keras, PyTorch ilə işləmə bacarığı;
  • ETL/ELT axınları qurmaq bacarığı (Airflow, Luigi);
  • SQL və NoSQL verilənlər bazası ilə işləmək təcrübəsi;
  • Git ilə versiya nəzarəti və komanda ilə əməkdaşlıq;
  • Model yerləşdirmə (deployment) — Flask, FastAPI və ya Docker ilə REST API-lər;
  • MLOps anlayışları (CI/CD, monitorinq və s.).


Vakansiya haqqında

Son tarix

June 10, 2025

Paylaşılıb

may 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə