Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Maşın öyrənmə və Platforma üzrə Mühəndis

Maşın öyrənmə və Platforma üzrə Mühəndis

Bu gün

133

Təsvir

  • Data Science komandası tərəfindən hazırlanmış modelləri istehsal mühitinə yerləşdirmək;
  • Modelləri REST API və microservice şəklində təqdim etmək;
  • Real-time performans, yüklənmə və cavab müddətini izləmək və optimallaşdırmaq;
  • Logging və alerting sistemlərini tətbiq edərək modellərin və platformaların performansını izləmək;
  • Sistem sağlamlığını və dayanıqlılığını qorumaq, problemlərə vaxtında müdaxilə etmək;
  • CI/CD vasitəsilə avtomatlaşdırılmış deployment proseslərini həyata keçirmək;
  • Mövcud pipeline və model inteqrasiyalarını təkmilləşdirmək;
  • Data Science komandası ilə sıx əməkdaşlıq edərək modellərin biznes sistemlərinə düzgün inteqrasiyasını təmin etmək;
  • Komanda üzvlərinə texniki dəstək vermək və texnoloji təkmilləşdirmələr təklif etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Kompüter elmləri, məlumat mühəndisliyi və ya müvafiq sahədə bakalavr və ya magistr təhsili;
  • 3–5 il məlumat mühəndisliyi, platforma və ya MLOps üzrə iş təcrübəsi;
  • Python (Pandas, Numpy və ML kitabxanaları üzrə baza bilikləri), SQL və NoSQL verilənlər bazaları ilə işləmə təcrübəsi;
  • Spark və böyük verilənlərlə işləmə bacarığı;
  • ETL/ELT proseslərinin qurulması, məlumatların transformasiyası və inteqrasiyası üzrə biliklər;
  • Docker, Kubernetes və CI/CD (Jenkins, GitLab) mühitlərində təcrübə;
  • Modellərin web API və microservice şəklində yerləşdirilməsi (Model-as-a-Service);
  • Monitoring və logging sistemləri ilə işləmə bacarığı;
  • Effektiv əməkdaşlıq, problem həlli və mentorluq bacarıqları.

Vakansiya haqqında

Son tarix

September 29, 2025

Paylaşılıb

avqust 20, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə