
27-02-2026
549
• Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
• Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi, bank sektorunda təcrübəyə üstünlük verilir;
• Vergi qanunvericiliyi və təsərrüfat hüququ üzrə dərin biliklər;
• Bankın hesablar planı və tənzimləyici orqanın tələbləri üzrə biliklər;
• Vergi hesabatlarının hazırlanması və nəzarətedici orqanlarla iş təcrübəsi;
• ACCA və ya PMS kvalifikasiyasının olması üstünlükdür;
• Rus dilini sərbəst, ingilis dilini isə ən azı orta səviyyədə bilmək;
• Analitik düşünmə qabiliyyəti, risk və proseslərdə zəif məqamları müəyyən etmə bacarığı;
• Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük.
• Şöbənin işinin təşkili və idarə olunması, əməkdaşların davamiyyətinə və əmək intizamına, habelə vəzifə təlimatlarına riayət olunmasına nəzarət;
• Bank tərəfindən milli və xarici valyutada həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
• İlkin sənədlərin, ödənişlərin, ezamiyyət və avans hesabatlarının, müqavilələrin və plastik kart əməliyyatlarının rəsmiləşdirilməsi və uçotuna nəzarət;
• İdxal-ixrac əməliyyatlarının, gömrük və əlaqəli xərclərin uçotuna, OPEX-in və struktur bölmələr üzrə xərclərin bölgüsünə nəzarət;
• Vergi hesabatları üçün məlumatların hazırlanması, vergi və maliyyə qanunvericiliyinə riayət olunmasına nəzarət, tənzimləyici və audit orqanları ilə qarşılıqlı fəaliyyət;
• Şöbənin fəaliyyəti və uçot proseslərinin vəziyyəti barədə rəhbərlik üçün idarəetmə hesabatlarının hazırlanması;
• Borcların müddətlər üzrə strukturunun təhlili, vaxtı keçmiş borcların müəyyən edilməsi və borcun ödənilməsi ilə bağlı danışıqların aparılması;
• İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər (DTA) çərçivəsində xidmət göstərən kontragentlərlə bağlı bankın vergi xərclərindən azad edilməsi prosesinə dəstək göstərilməsi.
Paylaşılıb
fevral 27, 2026
Vakansiya növü
Tam ştat

Esyasoft CIS ● Bakı, Azərbaycan
16-03-2026
357

Karaca ● Bakı, Azərbaycan
14-03-2026
684

FINCA Azerbaijan ● Bakı, Azərbaycan
Bu gün
4

Kontakt Home ● Lənkəran, Azərbaycan
Bu gün
7

FINCA Azerbaijan ● Masallı, Azərbaycan
Bu gün
7