Bankın və filialların operativ məlumatlar və şəxsi qüvvəsi hesabına mühafizəsini təşkil etmək, buraxılış rejiminə ciddi nəzarət etmək həmçinin yanğın və elektron mühafizə maneələrinin, siqnalizasiya avadanlıqlarının fəaliyyətinin sistematik sınağını həyata keçirmək;
Azərbaycan Respublikasının Mülki və Cinayət qanunvericiliyinin əsaslarını, təhlükəsizlik məsələlərinə aid olan qaydaları, Fövqaladə hallar zamanı təxirəsalınmaz tətbirlər planını, ilkin tibbi yardım göstərilməsi qaydalarını bilmək;
Banka gələnlərin və müştərilərin metal detektorundan keçməsini təmin etmək, buraxılış kartlarının, bank otaqlarının işçi və ehtiyat açarlarının verilməsinin qeydiyyatını aparmaq, nöqsanlar barədə rəhbərliyi məlumatlandırmaq;
Növbətçi polis əməkdaşı ilə qarşılıqlı əməkdaşlıq şəraitində cinayət meyilli şəxslərin Banka daxil olma cəhdlərinin qarşısını almaq, həmçinin Bankda daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
Təhlükəsizlik siqnalizasiya sisteminə daxil olan siqnalların mənbəyini operativ müəyyənləşdirmək, videomüşahidə vasitəsilə nəzarəti həyata keçirmək və Bank rəhbərliyi ilə əməkdaşların təhlükəsizliyini təmin etmək;
Təhlükəsizlik departamentinin rəhbərliyinin göstərişi əsasında Bankın daxili ərazisində və ətrafında baş vermiş hadisələri videoarxiv vasitəsilə araşdırmaq, müvafiq görüntüləri rəhbərliyə təqdim etmək və nəticələrə dair hesabatlar hazırlamaq;
Bankda baş verən proseslərə nəzarət etmək, Bankın və filiallarının mühafizəsinin, mühəndis-texniki sistemlərinin və digər təhlükəsizlik məlumatlarının kənar şəxslər tərəfindən aşkarlanmasının qarşısını almaq;
Fiziki hazırlıq səviyyəsini, eləcə də ilkin tibbi yardımın göstərilməsi üzrə bilik və bacarıqlarını daim yüksək səviyyədə saxlamaq, nəzarət etdiyi sahə və ərazilərə kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq.
Tələblər
Ali təhsil (texniki biliklərin olması arzuolunandır);
Azərbaycan dili əla səviyyədə (rus və ingilis dilləri üzrə orta səviyyədə bilik);
Bank mühafizə sahəsində ən azı 1 il iş təcrübəsi;
MS Excel və MS World proqramlarında işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Məsuliyyətlilik;
İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı.