Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Portfel hesabatı və analitikası şöbəsinin Mütəxəssisi

Portfel hesabatı və analitikası şöbəsinin Mütəxəssisi

Bu gün

198

Təsvir

  • Kredit portfeli üzrə (struktur, dinamika, keyfiyyət) məhsul və seqment kəsimlərində müntəzəm hesabatların hazırlanması;
  • Rəqəmlərin düzgünlüyünün təmin edilməsi, uzlaşdırmaların aparılması və hesabat dövrünün bağlanması üzrə müddətlərə riayət olunması;
  • Gecikmə və NPL göstəricilərin təhlili, trendlərin və dəyişikliklərin əsas səbəblərinin müəyyən edilməsi;
  • Rəhbərlik üçün qısa və aydın analitik nəticələrin və praktik təkliflərin hazırlanması;
  • SQL əsaslı çıxarışların/vitrinlərin və hesablamaların dəstəklənməsi, sorğu məntiqinin və təsnifatların (xüsusilə göstərici və əlamətlərin) standartlaşdırılması;
  • Hesabatlılığın avtomatlaşdırılmasına və məlumat keyfiyyətinin yüksəldilməsinə töhfə verilməsi.

Tələblər

  • Ali təhsil (Kompüter elmləri, informasiya sistemləri, statistika, iqtisadiyyat, maliyyə və ya biznesin idarə edilməsi sahələri üzrə);
  • Bank sektorunda kredit portfeli üzrə hesabatlılıq və/ya analitika sahəsində minimum 1 il iş təcrübəsi;
  • SQL üzrə güclü biliklər (join, window funksiyaları, tarixlərlə işləmə, böyük həcmli məlumatlarla iş);
  • Məlumatların yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və səbəblərin araşdırılması bacarığı;
  • Rəqəmləri rəhbərlik üçün başa düşülən nəticələrə çevirmək, onları qısa və aydın analitik qeydlərlə düzgün ifadə etmək bacarığı;
  • Detallara diqqət, müddətlərə əməl etmək və nəticəyə görə məsuliyyətlilik.
  • İngilis və Rus dillərini bilmək arzu olunandır.


Üstünlüklərimiz:

  • Komanda daxilində bilik mübadiləsi və peşəkar inkişafın dəstəklənməsi imkanı;
  • Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti;
  • Güclü komanda və korporativ mədəniyyət.



Vakansiya haqqında

Son tarix

February 23, 2026

Paylaşılıb

yanvar 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə