Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Qiymətləndirmə şöbəsinin sənədləşmə üzrə kiçik mütəxəssisi

Qiymətləndirmə şöbəsinin sənədləşmə üzrə kiçik mütəxəssisi

09-12-2025

2.3K

Bağlanılıb

Təsvir

  • Bankın qiymətləndirmə siyasətinin həyata keçirilməsində iştirak edir, qiymətləndirmə üzrə bu siyasətin icrasını təmin edir;
  • Qiymətləndirmə (daşınar və daşınmaz əmlak) aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə edir;
  • Qiymətləndirmə (daşınar və daşınmaz əmlak) ilə bağlı sifariş ərizəsini qəbul edir və onu cari hesabata daxil edir;
  • Bankın kredit mütəxəssisləri tərəfindən keçiriləcək qiymətləndirməyə (daşınar və daşınmaz əmlak) dair bütün sənəd toplusunun göndərilməsinə nəzarət edir;
  • Qiymətləndirmə (daşınar və daşınmaz əmlak) və yenidən qiymətləndirmənin keçirilməsini təmin edir (Qiymətləndirmə şirkəti ilə əlaqə saxlayaraq, qiymətləndirici ekspert təyin edir, onun bankın nümayəndəsi ilə əlaqə saxlamasını təşkil edir) və onun gedişatına nəzarət edir. Fond (AİF) ipotekasının daxili rəylərini yazır və hesabatını aparır;
  • Qiymətləndirmə prossesi başa çatdıqda qiymətləndirici ekspertdən alınmış rəy əsasında təyin edilmiş qiyməti aidiyyatı struktur bölməsinin nümayəndəsi (Şöbə Rəhbəri) ilə razılaşdırıldıqdan sonra cari hesabata əlavə edir;
  • Təsdiq olunmuş sənədlərin əslini təhvil-təslim aktı üzrə müvafiq quruma təhvil verir.;
  • Müvafiq sənədləri aidiyyatı üzrə arxivləşdirir;
  • Bankın (filiallar üzrə) keçirilmiş hər bir qiymətləndirməsinin (daşınar və daşınmaz əmlak) qeydiyyatını aparır və qiymətləndirmə şirkətindən alınmış hesabat ilə müqaisə edir;
  • Şöbənin əsasnaməsindən irəli gələn digər öhdəlikləri həyata keçirir;
  • Struktur xidmətinin inventarının siyahısını aparır.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat və digər əlaqəli sahə üzrə);
  • Analitik düşünmə bacarığı;
  • MS Office proqramları (MS Excel, MS Word) ilə sərbəst işləmə bacarığı;
  • Azərbaycan və rus dilləri üzrə əla səviyyədə bilik;
  • Obyektivlik, çalışqanlıq,təşəbbüskarlıq və operativlik.

Vakansiya haqqında

Paylaşılıb

dekabr 9, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə