Unibank Kommersiya Bankı

Rəhbər assistenti

Dünən

56

Təsvir

  • Rəhbərin gündəlik iş qrafikinin, görüşlərinin, iclaslarının və qəbulunun planlaşdırılması və koordinasiyası;
  • Zəruri məlumatların, sənədlərin və təqdimat materiallarının hazırlanması, toplanması və sistemləşdirilməsi;
  • Rəsmi görüşlərin, biznes tədbirlərinin, iclasların və işgüzar səfərlərin təşkilində və koordinasiyasında iştirak;
  • Rəhbərin tapşırığı ilə müxtəlif məsələlər üzrə məlumatların araşdırılması, ümumiləşdirilməsi və müvafiq təkliflərin hazırlanması;
  • Xüsusi və təcili tapşırıqların operativ icrasının təmin edilməsi və nəticələrin rəhbərə təqdim olunması;
  • Rəhbərliyin işinin effektivliyini artırmaq məqsədilə inzibati və təşkilati proseslərin təkmilləşdirilməsinə dəstək.

Tələblər

  • Ali təhsil;
  • Rəhbər assistenti kimi iş təcrübəsi üstünlük sayılır;
  • Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili üzrə ən azı “Intermediate” səviyyəsində bilik;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
  • Yazılı və şifahi kommunikasiya bacarıqları;
  • Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
  • Proaktiv yanaşma, yüksək məsuliyyət və nəticəyönümlülük;
  • Dinamik və yüksək tempdə işləməyə uyğunlaşma bacarığı.

Vakansiya haqqında

Son tarix

September 7, 2026

Paylaşılıb

avqust 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə