Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Rəqəmsal dələduzluğun monitorinqi üzrə kiçik Mütəxəssis

Rəqəmsal dələduzluğun monitorinqi üzrə kiçik Mütəxəssis

15-04-2025

606

Təsvir

  • Kart əməliyyatları, Mobil Bankçılıq və digər ödəniş alətləri sahəsində, bank və ya fin-tech təcrübəsi arzuolunandır;
  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili;
  • Azərbaycan dili biliyi səlis, İngilis dili biliyi – texniki terminologiya;
  • Növbəli qrafik ilə işləmə imkanı (gündüz və gecə növbəsi);
  • Ofis proqramları (MS Office (Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri (JIRA, OTRS və s.)) ilə orta səviyyədə işləmə bacarığı;
  • SQL (Oracle) bilik – DQL və DML komandalarla işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Yeni texnoloji alətləri öyrənməyə açıq olmaq.

Tələblər

  • Bankın yeni və ya mövcud məhsul və xidmətlərində dələduzluq risklərinin aşkarlanması, risklərin mitiqasiyası (azaldılması) üzrə tədbir və ya təklif planının hazırlanması, Rəqəmsal Dələduzluqla Mübarizə üzrə Qrupun öhdəliyində olan mitiqasiya tədbirlərinin icrası;
  • Kart və digər Rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin mütəmadi təhlili, dələduzluq trendlərinin, ən yaxşı təcrübə (“best practice”) metodlarının izlənilməsi və qabaqlayıcı tədbirlərin, qaydaların yaradılması və ya dəyişiklik edilməsi üçün təklifin verilməsi;
  • Rəqəmsal dələduzluq insidentlərinin araşdırılması, insidentdən doğan risklərin azaldılması, dəymiş zərərin hesablanması, hesabatların tərtibi və bilavasitə rəhbərə təqdim olunması;
  • Şübhəli əməliyyatların dəqiqləşdirilməsi məqsədilə müştərilərlə telefon vasitəsilə əlaqə qurulması;
  • Nəticələrə əsaslanaraq plana uyğun tədbirlərin həyata keçirilməsi;
  • Qrupun öhdəliyində olan məsələlərlə bağlı daxili və xarici sorğuların idarə olunması.

Vakansiya haqqında

Son tarix

May 25, 2025

Paylaşılıb

aprel 15, 2025

Vakansiya növü

Növbə əsasında

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik